Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı cümə axşamı Alban-udi Xristian İcmasının sədri Robert Mobiliyə “Şöhrət” ordeni təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə R.Mobili Azərbaycanın ictimai həyatında məhsuldar fəaliyyətinə görə “Şöhrət” ordenini ilə təltif edilib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı məsələsinə toxunub. O qeyd edib ki, Ermənistan nəinki Azərbaycanın ərazilərini işğal edib, həm də bütün tarix boyunca Azərbaycan mədəniyyətini işğal etməyə cəhd edir.
“Ermənistan mədəniyyətimizi də işğal etməyə cəhd edir. Bununla mübarizədə və erməni yalanının ifşa olunmasında R.Mobilinin fəaliyyəti əvəzsizdir. Bu fəaliyyət ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir”, - deyə M.Qurbanlı bildirib.
Öz növbəsində R.Mobili qeyd edib ki, prezident İ.Əliyevin Alban-udi İcmasına verdiyi yüksək qiymət və icma liderinin “Şöhrət” ordeni ilə təltif edilməsi dövlət qayğısının göstəricisidir.
“Udinlər həm etnik, həm də dini nöqteyi-nəzərindən fərqlidir. Azərbaycanda bizim icmamıza qayğı tolerantlığın parlaq nümunəsidir. Biz Azərbaycanın adından “Şöhrət” ordeni ilə təltif olunduq. Azərbaycanın müstəqilliyi bizim üçün böyük dayaqdır. Udinlər üçün Azərbaycan tarixi vətəndir və biz vətənimizi müdafiə etməliyik”, - deyə R.Mobili bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə alban-udi abidələrinə barmaqarası baxırdılar, ictimaiyyət arasında isə udi kilsəsinin erməni kilsəsinə məxsus olmasına dair səhv məlumat var idi.
“Bu gün Alban Apostol Avtokefal Kilsəsinin fəaliyyətinin bərpasına ehtiyac var. Udilər bu istiqamətdə iş görürlər. Alban kilsəsi müstəqil olamlıdır, çünki bu gün nəinki bu kilsənin guya Erməni Qriqorian Kilsəsinə məxsus olması barədə söhbətlər gedir, həm də dünyada bir çox ölkələr həmin kilsəni ələ keçirmək istəyirlər. Bununla əlaqədar Alban kilsəsinin bərpası və qorunması çox mühümdür”, - deyə R.Mobili bəyan edib.
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr vurğulayıb ki, R.Mobilinin “Şöhrət” ordeni ilə təltif olunması udi icmasının respublikanın suverenliyi, sabitliyi və inkişafına verdiyi töhfənin nəticəsidir.
“Heydər Əliyevin sözlərini təkrar etməkdən heç vaxt yorulmuram: çoxmillətlilik bizim sərvətimizdir. Baxın, bu gün Qərbi Avropa təlatüm içindədir. Şotlandiyada, İspaniyada baş verən hadisələr hətta iki-üç millətin olmasının dövlətin inkişafı üçün müəyyən problemlər yaratdığını göstərir”, - deyə arxiyepiskop qeyd edib.
“Azərbaycan çoxmillətli dövlətdir və bu, onun sərvətidir. Biz tolerantlıq barədə danışırıq. Lakin biz artıq bu dövrü keçmişik. Çünki milliyyətindən və ya dini mənsubiyyətdən asılı olmayaraq birgə yaşayırıq və hamımızın rifahı naminə çalışırıq”, - deyə o əlavə edib.
Öz növbəsində Azərbaycan Dağ Yəhudiləri dini icmasının
rəhbəri Milix Yevdayev vurğulayıb ki, Azərbaycan antisemitizm təzahürlərinin olmadığı az sayda ölkələrdən biridir.
“Azərbaycan bizim də tarixi vətənimizdir. Yəhudilər hər zaman burada sülh və dinc şəraitdə yaşayıblar. Bizə problemlərin olması barədə danışanda onları Azərbaycana dəvət edirik ki, burada həyat şəraiti ilə tanış olsunlar”, - deyə M.Yevdayev qeyd edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət