Milli Məclisin İnsan hüquqları komitəsinin cümə axşamı keçirilmiş iclasında bir sıra qanunvericilik aktlarının Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması ilə bağlı məsələlərə baxılıb.
İclasda Əmək və Miqrasiya məcəllələrinə, “Qaçqın və məcburi köçkünlərin statusu haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” qanunlara dəyişikliklərin edilməsi barədə qanun layihələrinə baxılıb.
“Miqrasiya prosesləri ilə bağlı problemlər müasir dünyada vacib rol oynayır. Miqrasiya proseslərini dayandırmaq olmaz, onları tənzimləmək lazımdır”,- deyə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
Onun sözlərinə görə, miqrasiya siyasəti Azərbaycan dövlətinin prioritet məsələlərindən biridir.
Deputat qeyd edib ki, son illər dünyada əmək miqrantlarının axını əhəmiyyətli dərəcədə artıb.
“Bu gün dünyada əmək miqrantlarının axını problemi kəskin şəkildə durur. 2013-cü ildə Azərbaycanda Miqrasiya Məcəlləsinin qəbul edilməsi bir sıra normativ aktların, o cümlədən Əmək Məcəlləsinin bu qanunvercilik aktına uyğunlaşdırılması zərurətini yaratdı ki, bu da əmək miqrantlarının hüquq və azadlıqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası və qarşılarında duran problemlərin vaxtında həllini tapması üçün çox vacibdir”, - deyə R.Aslanova qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın tolerantlığı və uğurlu iqtisadi inkişafı dövləti əmək miqrantları üçün cəlbedici edir.
“Azərbaycan əmək miqrantları üçün çox cəlbedici ölkədir. Buna görə də burada miqrasiya proseslərinin tənzimlənməsi məsələsi kəskin şəkildə qarşıda durur. Son illər ölkəmizə gələn əmək miqrantlarının kontingenti dəyişib. Əgər əvvəllər Azərbaycana tikinti sektorunda işləmək üçün ucuz işçi qüvvəsi gəlirdisə, bu gün əmək miqrantlarının əksəriyyətini iş adamları və elm xadimləri təşkil edir ki, bu da dövlətimiz üçün arzuolunandır”,- deyə R.Aslanova bildirib.
Əmək qanunvericiliyinə edilmiş düzəlişlərə toxunan sədr deyib ki, Azərbaycanda əmək miqrantlarının işə qəbulu ilə bağlı Miqrasiya Məcəlləsində öz əksini tapmamış məsələlər Əmək Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənəcək.
O, həmçinin “Qaçqın və məcburi köçkünlərin statusu haqqında” qanuna təklif edilən düzəlişlər barədə də məlumat verib.
. “Qaçqın və məcburi köçkünlərin problemlərinə miqrasiya məsələləri kontekstində baxılmalıdır. Azərbaycanda qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin yerdəyişmə prosesini sadələşdirmək məqsədi ilə onlara ölkə hüdudlarından kənara gedərkən “Yol sənədi” verilir ki, bununla onlar viza almadan geri dönə bilərlər”,- deyə R.Aslanova qeyd edib.
Onun sözlərinə görə, “Qaçqın və məcburi köçkünlərin stausu haqqında” qanuna təklif edilmiş daha bir dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanları əcnəbiləri və qaçqın statusu və ya siyasi sığınacaq almış vətəndaşlığı olmayan şəxsləri ölkədən çıxara bilməz.
“Bu kateqoriyadan olan vətəndaşlardan ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə almaq tələb olunmur”,- deyə R.Aslanova bildirib.
O, qaçqın statusu ala bilməyən miqrantların üzləşdikləri problemlərə ciddi yanaşmanın vacib olduğunu deyib.
“Bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələ ATƏT-in Parlament Assambleyası səviyyəsində qaldırılıb. Hazırda İraq və Suriyadan gəlmiş və şəxsiyyətlərini təsdiq edən sənədləri olmayan çoxlu sayda miqranta qaçqın statusunun verilməsindən imtina edilir. Bir çox hallarda bu şəxslərin vətənə qayıtması onların həyatını təhlükə altına qoyur, buna görə də onların problemlərinin həllinə həssaslıqla yanaşılmalı, o cümlədən üçüncü ölkədə yaşamaq üçün pasport verilməsi imkanı nəzərdən keçirilməlidir”, - deyə R.Aslanova bildirib.
Komitə “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişiklikləri də müzakirə edib.
“Hər il dünyada 27 mln.-dan çox adam insan alverinin qurbanına çevrilir. Azərbaycanda bu məsələyə xüsusi diqqət ayrılır, çünki insan alveri miqrasiya proseslərinin bir hissəsidir. “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 20-ci maddəsinə təklif edilən dəyişikliklərə əsasən, əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda insan alverinin qurbanı hesab olunursa, o, bir il ərzində inzibati qaydada ölkədən çıxarıla bilməz və yerli icra hakimiyyəti orqanlarının onların ölkədən çıxarılması barədə qərar qəbul etmək hüququ yoxdur”, - deyə R.Aslanova vurğulayıb.
İclasın sonunda komitə gündəliyə salınmış bütün məsələləri Milli Məclisin plenar iclasına tövsiyə edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət