Sabirabad və Bərdə rayonlarında yeni “ASAN xidmət” (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) mərkəzlərinin açılması üzrə intensiv işlər aparılır. Bu barədə jurnalistlərə agentliyin rəhbəri İnam Kərimov bəyan edib.
“Prezident İlham Əliyevin tapşırığı ilə hazırda Sabirabad və Bərdə rayonlarında “ASAN xidmət” mərkəzlərinin açılması üzrə intensiv işlər aparılır. Mərkəzlərin bu ilin sonunadək açılması nəzərdə tutulub”, - deyə o, “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində bildirib.
İ.Kərimov məlumat verib ki, Masallı və Qəbələ rayonlarında da “ASAN xidmət” mərkəzlərinin tikintisi üzrə işlərə başlanılıb. “Düşünürəm ki, həmin mərkəzlər qısa müddətdə fəaliyyətə başlayacaqlar”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, prezident İ.Əliyevin tapşırığına əsasən agentliyin səyyar xidməti üçün daha 8 avtobusun alınması nəzərdə tutulub. 2 avtobus artıq gələn ay istifadəyə veriləcək, qalanı ilin sonuna kimi gətiriləcək.
Çərşənbə günü Bakıda 30 ölkədən səmərəli idarəetmə sahəsində ekspertlərin iştirakı ilə “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Dövlət Agentliyinin rəhbəri İnam Kərimov giriş nitqində son 10 il ərzində ölkənin inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, dövlət qulluğu və xidmətlərin göstərilməsi məsələlərində şəffaflıq və modernləşmə böyük əhəmiyyət kəsb edir və “ASAN xidmət” modernləşmənin uğurlu nümunəsidir.
“Ümumilikdə bu sistem dövlət orqanlarının xidmətlərini əhali üçün daha əlçatan etdi, bu isə, öz növbəsində əhali arasında dövlətin nüfuzunun artmasına xidmət edir”, - deyən İ.Kərimov əlavə edib ki, təxminən 2 min vətəndaş “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə edir. Fəaliyyət göstərdiyi 20 ay ərzində isə təxminən 3 mln. nəfərə xidmət göstərilib.
İ.Kərimov vurğulayıb ki, konfrans ölkələr və müvafiq dövlət orqanları arasında səmərəli idarəetmənin təşkili və əhaliyə xidmətlərin göstərilməsi üzrə qabaqcıl təcrübə mübadiləsinə xidmət edəcək.
Dövlət Agentliyinin rəhbəri dövlət idarəçiliyi və əhaliyə dövlət xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən müxtəlif idarə və təşkilatları birləşdirən beynəlxalq təşkilatın yaradılması ideyası ilə çıxış edib.
“Bu cür beynəlxalq platforma çərçivəsində biz faydalı təcrübə ilə bölüşə, dövlət xidmətlərinin təşkili və idarə edilməsi üzrə daha effektiv modelləri müzakirə edə və seçə biləcəyik”, - deyə o bildirib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət