Azərbaycan hökuməti 15-17 oktyabr tarixlərində Bakıda "Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni perspektivlər" adlı beynəlxalq konfrans keçirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Konfransda region, Avropa və Asiya ölkələri, beynəlxalq təşkilatlar və maliyyə institutlarının nümayəndələri iştirak edəcəklər.
Konfransın gündəliyinə nəqliyyat sahəsində cari vəziyyət, bu sahədə mövcud problemlər və onların həlli yolları, dəhliz boyu perspektivli layihələrin müzakirəsi, yeni təşəbbüslər, nəqliyyat əlaqələri və tranzitin inkişafında beynəlxalq təşkilatlar və maliyyə institutlarının rolu və potensial imkanları məsələləri daxil edilib.
Bundan başqa, təhlükəsizlik, ekoloji aspektlər, regional və dünya miqyaslı effektiv logistik konsepsiyaların tətbiqi və digər məsələlər müzakirə ediləcək.
Xəbər verildiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin 2015-ci ildə tam istifadəyə verilməsi planlaşdırılıb. 2014-cü ilin oktyabr ayında dəmir yolunun test rejimində işə salınması planlaşdırılır.
Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tiflis hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət