Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası bazar ertəsi 2014-2018-ci illərdə Azərbaycanla yeni əməkdaşlıq strategiyasını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİB-in Maniladakı mənzil-qərargahından məlumat verilib.
AİB strategiyanın icrası dövründə Azərbaycana nəqliyyat, energetika və şəhər xidmətləri ilə bağlı layihələrə $752 mln. məbləğində kredit vəsaiti ayırmağı planlaşdırır.
Sənəd Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, yeni iqtisadi imkanların yaradılmasına, artımın dəstəklənməsinə, şəhər və kənd arasında uyğunsuzluğun azaldılmasına yönəlib.
Bankın strateji yanaşması nəqliyyat, energetika, su təchizatı, şəhər təsərrüfatı sahələrində xidmətlərinin və infrastrukturun inkişafına yönəlib.
Yeni strategiya hökumətin dövlətin inkişaf planları nəzərə alınmaqla hazırlanıb və AİB-in strateji prioritetlərinə uyğundur.
Xəbər verildiyi kimi, yeni strategiya çərçivəsində AİB Azərbaycanda özəl sektorun, xüsusilə yerli bankların kreditləşməsini və ticarətin inkişaf proqramlarının maliyyələşdirilməsini davam etdirməyi planlaşdırır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 1999-cu ildən AİB ölkədə 20 layihənin həyata keçirilməsi üçün ümumilikdə $1 mlrd. 637,4 mln. məbləğində kredit ayırıb. Bu vəsaitin $697,5 mlrd.-ı sərf edilib. AİB-in kreditlərinin 46,26%-i nəqliyyat və informasiya texnologiyaları, 33,9%-i su təchizatı, bələdiyyə infrastrukturu və xidmətlərin yaxşılaşdırılması, 11,42%-i energetika, 7,08%-i maliyyə, 1,34%-i təbii sərvətlər və kənd təsərrüfatı sahələrinə yönəldilib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət