Türkmınistandan Azərbaycana Xəzər dənizinin dibi ilə Trans-Xəzər qaz kəmərinin çəkilməsi hövzənin digər ölkələri ilə razılaşma tələb etmir. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
“Beynəlxalq hüquqa əsasən, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi razılaşma (digər ölkələrlə - İF-Az) tələb etmir. Təbii ki, Xəzər dənizi məsələsində həm hüquqi, həm də siyasi aspektlər var. Bununla yanaşı, digər ölkələrlə razılaşdırılacaq başqa mövqelər mövcuddur”, - deyə X.Xələfov bildirib.
O, həmçinin qeyd edib ki, Bakı Xəzər dənizində ekoloji tələblərə cavab verən fəaliyyəti dəstəkləyir.
“Xəzər dənizində həyata keçirilən hər bir layihə ekoloji aspektə malikdir. Bu səbəbdən həmin məsələlər bu gün müzakirə edilir. Biz bu dənizdə həyata keçirilən istənilən fəaliyyətin ən yüksək ekoloji tələblərə cavab verməsinin tərəfdarıyıq”, - deyə nazir müavini vurğulayıb.
X.Xələfov dünən Həştərxanda MDB ölkələrinin dövlət başçılarının sammitində 25 millik zonaya dair qəbul edilən qərarın respublika Konstitusiyasına zidd olmadığını qeyd edib.
“Bu qərar Azərbaycan Konstitusiyasının maddələrinə zidd deyil və beynəlxalq səviyyədə qəbul edilən sənədlər əsasında tənzimlənir”, - deyə X.Xələfov qeyd edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət