Bakı Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi dövründə olduğu kimi, bu dövr başa çatdıqdan sonra da İdman Yarışlarının Manipulyasiyasına dair Konvensiyanı təşviq etmək niyyətindədir. Bu barədə Azərbaycanın xarici işlər naziri, Avropa Şurasının Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov cümə axşamı AŞPA-da çıxışı zamanı bəyan edib.
“Bir neçə həftədən sonra, noyabr ayının 13-də Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyi Belçikaya ötürəcək. Lakin o vaxta qədər prioritetlərimizi həyata keçirməyə davam edəcəyik. Bununla əlaqədar olaraq ötən iyul ayında Nazirlər Komitəsi tərəfindən İdman Yarışlarının Manipulyasiyasına dair Konvensiyanın qəbul edilməsi Azərbaycanın sədrliyi üçün böyük qürur mənbəyidir”, - deyə o vurğulayıb.
“Bu Konvensiya Avropa Şurasının idman etikasına tarixi sadiqliyinə uyğundur. Bu, həmçinin Azərbaycanın əsas prioritetlərindən olan korrupsiya ilə mübarizəyə töhfədir. 18 sentyabr tarixində İsveçrənin Macolin şəhərində keçirilmiş Avropa Şurası ölkələri idman nazirlərinin 13-cü konfransında mənim ölkəm də daxil olmaqla, ən azı 15 üzv dövlətin Konvensiyanı imzalamasından xüsusi məmnunluq duyuram”, - deyə XİN başçısı qeyd edib.
“Həm üzv, həm də qeyri-üzv dövlətlər tərəfindən imzalanmağa açıq olan Konvensiyanın tez bir zamanda qüvvəyə minməsi üçün zəruri olan ratifikasiya saylarının təmin ediləcəyinə ümid edirəm. Biz Konvensiyanın, bu əhəmiyyətli hüquqi çərçivənin qəbuluna davamlı dəstəyimizin başlıca səbəblərindən biri olan 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarından öncə qüvvəyə minməsini istərdik. Bakının 2020-ci il Avropa futbol çempionatının keçiriləcəyi şəhərlərdən biri seçilməsi bizi sədrlik müddətimizdən sonra da bu Konvensiyanın təşviqini davam etdirməyə ruhlandıracaq”,- deyə E.Məmmədyarov bildirib.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət