Cümə günü IV Bakı Beynəlxalq Humanitar Forumunda müxtəlif KİV-lərin platformalarında sivilizasiyalararası dialoqun aktual aspektləri müzakirə edilir.
“Bu gün xəbər agentlikləri məlumatın yayılması prosesində həlledici rol oynamır. Sosial şəbəkələr onlara ciddi rəqabət təşkil edir”, - deyə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriya Xəbər
Agentliyinin (APA) baş icraçı direktoru Piter Kropş “Mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının
problemləri” adlı paneldə bəyan edib.
Onun sözlərinə görə, məhz xəbər agentlikləri bütün maraqları təmin etməlidir və keyfiyyətli informasiya verməlidir.
“Əvvəllər vətəndaşların informasiyaya çıxışı məhdud olub. Hazırda isə bu proses daha şəffafdır. İnternet informasiyanı sürətlə bütün dünyaya yayır”, - deyə o qeyd edib.
Eyni zamanda P.Kropş vurğulayıb ki, media bu və ya digər məlumatın interpretasiyası üzərində hakimiyyəti itirib.
“Xəbər agentlikləri işıqlandırmaq üçün hansı mövzunun daha mühüm olmasına artıq qərar vermir. Vətəndaş cəmiyyəti informasiyaya geniş çıxışın olması ilə əlaqədar özü üçün daha mühüm olan informasiyanı seçmək imkanına malikdir. Bu gün sosial şəbəkələrdə məlumat meşə yanğını sürəti ilə yayılır. Sosial media əvvəllər xəbər agentliklərinə məxsus olan yeri tutur. Ancaq xəbər agentlikləri və sosial şəbəkələr qarşılıqlı əlaqədədir”, - deyə Avstriya Xəbər
Agentliyinin rəhbəri qeyd edib.
Onun sözlərinə görə, sosial KİV-lər sosial dialoqda mühüm rol oynaya bilər, lakin xəbər agentliklərini tam əvəz edə bilməz.
“Məhz xəbər agentlikləri keyfiyyətli məlumat ötürə bilər. Xəbər agentlikləri sosial şəbəkələri məlumatın əldə olunması mənbəyi kimi qiymətləndirir”, - deyə P.Kropş vurğulayıb.
Paneldə, həmçinin Malayziyanın «BERNAMA» Milli Xəbər Agentliyinin baş direktoru Yonq Su Xeonq və “AzərTAc” dövlət teleqraf agentliyin baş direktoru Aslan Aslanov da çıxış ediblər.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət