“Cənub Qaz Dəhlizi” layihəsi bundan sonra onilliklər ərzində Azərbaycanın inamlı inkişafını təmin edəcək. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bəyan edib.
“Heç kəs üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıb. Bu, bizim təşəbbüsümüz və bizim resurslarımız idi”, - deyə prezident vurğulayıb.
O qeyd edib ki, Azərbaycan sözügedən layihəni qonşu dövlətlər və tərəfdaşlarla birlikdə gerçəkləşdirmək niyyətindədir.
“Əminəm ki, yaxın gələcəkdə “Cənub Qaz Dəhlizi” tikiləcək, istifadəyə veriləcək və onilliklər ərzində Azərbaycanın inamlı inkişafını təmin edəcək”,- deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısının sözlərinə görə, bu layihənin reallaşdırılması Azərbaycanın siyasi çəkisinin artmasına kömək edəcək.
“Siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq, kəmərin tikintisi zamanı minlərlə, on minlərlə ölkə vətəndaşı işlə təmin ediləcək. Yüzlərlə Azərbaycan şirkəti podratçı kimi iştirak edəcək. Bu, ölkəmizə böyük gəlir və siyasi dividend gətirən layihədir”,- deyə İ.Əliyev bildirib.
Prezident “Cənub Qaz Dəhlizi” layihəsinin tarixi rolunu qeyd edib.
“Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır”, - deyə dövlət başçısı əlavə edib.
Dövlət başçısı yekun nitqində qeyd edib ki, ilin sonuna qədər dövlət investisiya proqramı tam şəkildə həyata keçiriləcək, uşaq bağçalarının, məktəb və müasir tibb müəssisələrinin tikintisi davam etdiriləcək.
2015-ci ilin dövlət büdcəsində hərbi xərclərə xüsusi diqqət ayrılacağını qeyd edən dövlət başçısı əlavə edib ki, texniki parametrlərinə görə Azərbaycan ordusu dünyanın güclü orduları sırasına daxildir.
Dövlət başçısı bu ilin sonuna qədər investisiya proqramının təsdiq edilməsinin vacibliyini, müasir emal müəssisələrinin yaradıldığını, həmçinin qeyri-neft sektorunun inkişafında turizm və xidmət sahələrinin xüsusi yer tutduğunu vurğulayıb.
İ.Əliyev hava nəqliyyatının inkişaf etdiyini və keçən rübdə ilk dəfə olaraq Bakıdan Nyu-Yorka uçuşların təşkil edildiyini diqqətə çatdırıb.
Prezidentin sözlərinə görə, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.
O, həmçinin ekoloji məsələlərin həllinin önəmini qeyd edib.
“Bakı 2015” Avropa Oyunlarına hazırlıqdan danışan dövlət başçısı deyib ki, oyunlara hazırlıq qrafikə uyğun şəkildə aparılır və təhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanılır.
Dövlət başçısının sözlərinə görə, “Bakı 2015” ilk Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət