Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov MDB dövlətlərini qarşılıqlı etimadın artırılması istiqamətində tədbirlər görməyə çağırır.
“Bunun üçün biz, ilk növbədə bir-birimizə hörmətlə yanaşmalı, əməkdaşlığımızı bərabər hüquqlu əsasda həyata keçirməyə çalışmalıyıq”, - deyə V.Ələsgərov cümə günü Bakıda keçirilən MDB Parlamentlərarası Assambleyasının (PAA) Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclasında bəyan edib.
Onun sözlərinə görə, müstəqil dövlətlər arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq yalnız tərəflərin bir-birinə bu prosesin tamhüquqlu iştirakçısı kimi yanaşdığı halda mümküdür.
“Əks halda səmimi əməkdaşlıq və dostluq mümkün deyil. Qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafı üçün əməkdaşlıq etmək, bizi birləşdirən ümumi dəyəri tapmaq və əməkdaşlığımıza əngəl törədən məqamları neytrallaşdırmağa çalışmaq lazımdır”, - deyə V.Ələsgərov vurğulayıb.
MDB Parlamentlərarası Assambleyasının (PAA) Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi Komissiyasının iclasının gündəliyinə “Elektron hökumət haqqında”, “Elektron sənədlərin transsərhəd informasiya mübadiləsi haqqında”, “Xüsusi rabitə göndərişlərinin dövlətlərarası mübadiləsi haqqında”, “Könüllülük haqqında”, “Vicdan azadlığı, dini etiqad və dini təşkilatlar (birliklər) haqqında model qanun layihələrinin, eləcə də “Turizm fəaliyyəti haqqında”, “İnternetin tənzimlənməsinin əsasları haqqında” model qanunların yeni redaksiyada müzakirəsi daxildir.
Komissiya üzvlərinə MDB-yə üzv dövlətlərin dil və mədəniyyəti üzrə baza təşkilatının birlik ölkələrinin dini təhsil üzrə beynəlxalq universitetinin yaradılması üzrə fəaliyyəti, MDB ölkələrinin mədəni irsinin qorunması haqqında Konvensiya layihəsinin işlənməsi, MDB PAA-nın Çingiz Aytmatov adına mükafatı ilə təltif olunma, MDB PAA-nın mədəniyyət, incəsənət, mətbuat, informasiya, bədən tərbiyəsi, idman və turizm sahələrində fəxri nişanları ilə təltif olunma, idman turnirlərinin və festivalların keçirilməsində MDB PAA-nın iştirakı barədə məlumat veriləcək.
İclas iştirakçıları MDB-də 2011-2015-ci illər üçün model qanunvericiliyin perspektiv planına əlavələr, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının iş planına təkliflər haqqında məlumatı dinləyəcəklər.
Komissiyanın iclasında sədr və onun müavini seçiləcək.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət