Bakı Fələstinə humanitar yardım göstərməyə davam edəcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Azərbaycan Fələstin dövlətini və xalqını humanitar məsələlərdə dəstəkləyir və gələcəkdə bu və digər məsələlərdə yardımı davam etdirəcək”, - deyə E.Məmmədyarov çərşənbə günü Fələstin XİN başçısı Riyad əl-Maliki ilə Bakıda keçirilən birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, brifinqdən öncə keçirilən ikitərəfli görüşdə təhsil və sosial sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə edilib.
“Fələstinli tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırlar və biz onların sayını artırmaq qərarına gəldik”, - deyə E.Məmmədyarov qeyd edib.
XİN başçısı vurğulayıb ki, görüşdə iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb, bu isə əlaqələrin dərinləşməsinə imkan verəcək.
Öz növbəsində Fələstin XİN başçısı göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
“Azərbaycan hər zaman Fələstinə dəstək göstərməyə hazır olduğunu nümayiş etdirib. Bu yaxınlarda Fələstinlə İsrail arasında yaranan gərginlikdən sonra da belə olmuşdu. Azərbaycan evsiz qalan fələstinlilərə böyük humanitar yardım göstərdi”, - deyə Riyad əl-Maliki vurğulayıb.
Onun sözlərinə görə, XİN-lər arasında imzalanan memorandum ikitərəfli əməkdaşlığın gələcək inkişafı və dərinləşməsinə imkan yaradacaq.
Diplomat qeyd edib ki, Fələstin tərəfi İsrailin bu ölkəyə qarşı təcavüzü ilə bağlı qətnaməni BMT Baş Assambleyasına təqdim etməyə hazırlaşır və bu məsələdə Azərbaycanın dəstəyinə ümid edir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət