Azərbaycan hökuməti “Sovetski” yaşayış massivindən sakinlərin köçürülməsi məsələsinin həll olunması üzərində düşünür. Bu barədə jurnalistlərə baş nazirin müavini Abid Şərifov məlumat verib.
“Kimsə evini tərk etmək istəmirsə, orada qalsın. Kim onları zorla çıxarır? Onların nə dövlət, nə də digər şəxslər tərəfindən zorla çıxarılması barədə söhbət gedə bilməz”, - deyə A.Şərifov Bakının mərkəzində “Sovetski” yaşayış massivinin sakinləri ilə bağlı məsələni şərh edərkən bildirib.
Onun sözlərinə görə, evləri sökülən sakinlərə hər kvadratmetrə görə 1,5 min manat həcmində təzminat ödənilir.
“Sakinlərə hər kvadratmetrə görə 1,5 min manat həcmində təzminat ödənilir. Bundan artıq qiymət mövcud deyil. Lakin 15 kvadratmetrə qədər sahəsi olan evlərdə yaşayan sakinlər evlərini satarsa, bu məbləğə ev ala bilməsi başqa məsələdir”, - deyə A.Şərifov qeyd edib.
Baş nazirin müavini bildirib ki, hökumət bu məsələnin həlli ilə məşğuldur.
“Biz bu barədə düşünürük. Şübhəsiz, məsələ həll olunacaq. Bunun üçün zaman lazımdır. Bu, kiçik məsələ deyil. Söhbət bir və ya beş mənzildən getmir. Orada 300-dən artıq ev var. Kim istəyir çıxır gedir, kim istəyirsə, qalır. Biz bu sakinlərə toxunmuruq və onlar bütün kommunikasiyalarla təmin olunurlar. Bu məsələni də həll edirik”, - deyə A.Şərifov vurğulayıb.
Onun sözlərinə görə, evi sökülən heç bir Azərbaycan vətəndaşı ona təzminatın verilmədiyindən şikayətlənə bilməz.
“Bu gün kim deyə bilər ki, kiminsə evi sökülüb və ona təzminat ödənilməyib? İstər mikrorayonda, istər Xutorda, istər “Sovetski”də olsun. Bu, mümkün deyil. Biz bu gün də təzminat ödəyirik. Üçüncü mikrorayonda, Xutorda körpülərin və tunellərin tikintisi məqsədilə 100-dən artıq ev sökülüb. Evlərin 90%-nin sənədləri yox idi, lakin bütün sakinlər təzminat aldılar”, - deyə baş nazirin müavini qeyd edib.
R.Babayev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət