Litva Azərbaycana “Azerspace-1” peykinin imkanlarında istifadənin müzakirəsi məqsədilə İşçi Qrupu yaratmağı təklif edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, təklifı Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkevicius Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşü zamanı irəli sürüb. Bu barədə nazirliyin məlumatında deyilir.
R.Sinkevicius Litvanın Azərbaycanla kibertəhlükəsizlik, poçt sahəsində pulköçürmələri, “Elektron imza” layihələri üzrə birgə əməkdaşlıqda da maraqlı olduğunu bildirib. O, Avropa Birliyi Komissiyasının təşəbbüskarı olduğu tədqiqat və innovasiya üzrə “Horizon-2020” proqramında Azərbaycan və Litvanın iştirakının vacibliyini qeyd edib.
Öz növbəsində Ə.Abbasov Azərbaycanın Litva ilə kommunikasiyalar sahəsində əlaəqlərin genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
O, həmçinin vurğulayıb ki, kosmik sənaye, genişzolaqlı internet, yüksək texnologiyalar, xüsusilə nanotexnologiyaların inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdir.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur. “Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət