Dövlət Miqrasiya Xidməti (DMX) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yardımı ilə son 2 il ərzində 28 əcnəbinin hüquqlarını və öz ölkələrinə könüllü qayıtmasını təmin edib. Bu barədə DMX-nin rəis müavini Pərviz Musayev bəyan edib.
“Hazırda Dövlət Miqrasiya Xidməti 2 Filippin vətəndaşının öz ölkəsinə qayıtması məsələsini həll edir. Bununla əlaqədar müvafiq sənədlərin daxil olmasını gözləyirik”, - deyə o, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi” layihəsinin təqdimatında vurğulayıb.
Onun sözlərinə görə, DMX BMqT ilə sıx əməkdaşlıq edir.
“Azərbaycan Avropa strukturları ilə readmissiya və viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb. Bu layihənin icrası ölkəmizin bir sıra dövlət qurumlarını əhatə edir. Layihə onların fəaliyyətinin, o cümlədən miqrasiya proseslərinin təkmilləşdirilməsinə yönəlib”, - deyə P.Musayev bildirib.
“Azərbaycan miqrasiya məsələlərində beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir”, - deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyd edib.
O bildirib ki, dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanda miqrasiya məsələsi hər zaman kəskin şəkildə durub.
“Bu gün dünyada 232 mln. miqrant var, bu isə Yer kürəsi əhalisinin 3,2%-ni təşkil edir. Onların əsas hissəsi əmək miqrantlarının payına düşür”, - deyə M.Kərimli vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan miqrasiya sahəsində təxminən 15 beynəlxalq təşkilatla əməkdaşlığa dair sazişlər imzalayıb.
“Hazırda biz bir sıra dövlətlər, o cümlədən Norveç, Almaniya, İsveçrə, Belçika və digərləri ilə qeyd olunan məsələlərə dair ikitərəfli müqavilələr imzalamağa hazırlaşırıq”, - deyə M.Kərimli vurğulayıb.
“Azərbaycan dövləti miqrasiya sahəsində uğurlu islahatlar həyata keçirib”, - deyə Xarici İşlər Nazirliyinin Humanitar və Sosial
Məsələlər İdarəsinin rəisi Marat Kəngərlinski vurğulayıb.
O, dövlət qurumlarının miqrasiya məsələləri ilə bağlı fəaliyyət potensialının artırılması nöqteyi-nəzərindən bu layihənin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət