Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yaxınlarda şirkətlərdə əmək müqavilələrinin elektron formada tətbiqinə keçidlə bağlı yoxlamalara başlayacaq. Bu barədə çərşənbə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
1 iyul 2014-cü il tarixindən Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyat sisteminin tətbiqinə başlanılıb. Bununla əlaqədar iyulun 1-dək işəgötürənlər bütün mövcud əmək müqavilələrinə dair məlumatları ƏƏSMN-in elektron informasiya sisteminə daxil etməlidir. Lakin bəzi texniki proseslərlə əlaqədar işəgötürənlərə yeni sistemə keçmək üçün əlavə 2-3 ay vaxt verilib.
“Elektron imza almaq üçün növbələrin yaranmasına səbəb olan nöqsanlar aradan qaldırılıb. İndiyədək biz əmək müqavilələrinin elektron qeydiyyatı ilə bağlı 1,432 mln. bildiriş almışıq”, - deyə S.Müslümov bildirib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət