Maliyyə Monitorinqi Xidməti (MMX) informasiya texnologiyaları sahəsində xidmətlərin göstərilməsi üçün podratçı seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMX-dən məlumat verilib.
Tender elanına əsasən, podratçının vəzifələrinə aşağıdakılar daxil olacaq: AML-AZ sisteminin texniki və proqram platformasının yaradılması; xidmətin istifadə etdiyi kompüter və digər avadanlığın dəstəklənməsi; yeni proqram təminatının tədarükü.
Tenderdə iştirak haqqı 150 manatdır.
İddaçıların təklifləri 8 dekabr tarixinədək qəbul ediləcək. Tender proseduru dekabrın 9-da keçiriləcək.
Maliyyə Monitorinqi Xidməti 2009-cu ildə yaradılıb və terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində mərkəzi orqandır.
MMX terrorçuluğun maliyyələşdirilməsi, cinayət yolu ilə əldə edilən pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində vəziyyəti öyrənir, bu sahədə təhlillər aparır, təklif və tövsiyələr hazırlayır. Bundan başqa, xidmətin vəzifələrinə monitorinqi keçirilməli olan əməliyyatların aşkar edilməsi üçün meyarların (xüsusi indikatorların) müəyyən olunması daxildir. Xidmət bu istiqamətdə qanun pozuntuları haqqında məlumatlar üçün statistik formanı müəyyən edir; aparılan təhlillər və monitorinqlər əsasında məlumatları Milli Təhlükəsizlik Nazirliyinə təqdim edir; mərkəzləşdirilmiş elektron-informasiya sistemini təşkil edir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət