Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan parlamenti adından ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə Ermənistan-Azərbaycan münaqişəsinə ədalətli yanaşma tələbi ilə müraciət etməyi təklif edib.
“Ukraynada parlament seçkiləri keçirilən kimi ABŞ rəhbərliyi onların azad və demokratik xarakter daşıdığını və Krım məsələsini Kiyevin xeyrinə həll etməyə hazır olduğunu bəyan edib”, - deyə S.Novruzov vurğulayıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə görə məsuliyyət daşıyan, 20 ildən artıq müddətdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Vaşinqton bir dəfə də olsun bu problemi ədalətli həll etmək və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək niyyəti barədə bəyan etməyib.
“Azərbaycanda dəfələrlə ədalətli, demokratik seçkilər keçirilib, bir çox dövlətlər və beynəlxalq təşkilatlar onların şəffaf keçirildiyini bəyan edib. Lakin erməni lobbisinin təzyiqi altında olna bəzi dairələr ölkəmizdə keçirilən seçkilərlə bağlı hər zaman tənqidi çıxışlar ediblər. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalması üçün qəsdən edilir”, - deyə S.Novruzov vurğulayıb.
Deputat bu cür yanaşmanı ikili standartlar siyasətinin təzahürü adlandırıb.
“Hesab edirəm ki, Milli Məclisin adından 20 ildən artıq müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan və yalnız turistlər kimi bura və geriyə səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət etməliyik. Onlardan bütün ölkələrə eyni yanaşma tələb etmək lazımdır”, - deyə S.Novruzov qeyd edib.
Öz növbəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə erməni tərəfinin girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun separatçı rejimi tərəfindən təşkil olunan məhkmə prosesi ilə əlaqədar məsələ qaldırıb.
“Azərbaycandakı girovlar üzərində məhkəmə çox pis təşkil edilən teatr tamaşasıdır. Biz internet vasitəsilə buna əmin olduq. Onlar doğma torpaqlarında, qohumlarının qəbirlərini ziyarət edərkən girov götürülüblər. Erməni separatçıları tərəfindən onların üzərində aparılan məhkəmə qanun və hüquqa ziddir”, - deyə o vurğulayıb.
A.Mirzəzadə beynəlxalq təşkilatların baş verən ədalətsizliyə kənardan səssiz tamaşa etmələrinə təəssüfləndiyini bildirib.
“ABŞ, Rusiya və Fransanın xarici siyasət idarələrinin azərbaycanlı girovların və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi tələbi ilə çıxış etmələri zəruridir”, - deyə o bəyan edib.
Deputat dünən Parisdə keçirilən Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşünü şərh edərək vurğulayıb ki, Fransa prezidentinin Ermənistan rəhbərliyindən bu tamaşan dayandırmağı, işğal edilmiş əraziləri azad etməyi və qoşunlarını oradan çıxarmağı tələb etməsi daha məqsədəuyğun olardı.
“Vaxt gələcək, bu gün girovlar üzərində məhkəmə tamaşası quranlar özləri əsl məhkəmə qarşısında müqəssir qismində duracaqlar”, - deyə A.Mirzəzadə qeyd edib.
Deputat Qənirə Paşayeva beynəlxalq təşkilatları və ölkələri ikili yanaşmada ittiham edərək, girovlar D.Əsgərov və Ş.Quliyevin taleyi ilə bağlı mövqelərini bildirməyi tələb edib.
Deputat İqbal Ağazadə azərbaycanlı girovların hüquqlarını müdafiə etməyə hazır olduğunu bildirib və beynəlxalq təşkilatları bu məsələdə ona yardım etməyə çağırıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət