Rusiyanın hüquq mühafizə orqanlarının əməkdaşları İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilmiş iki Azərbaycan vətəndaşını saxlayıblar. Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Rusiya DİN Tümen vilayəti üzrə İdarəsinin əməkdaşları azərbaycanlı həmkarları ilə əməkdaşlıq çərçivəsində bir sıra cinayətlərdə təqsirləndirilən və İnterpol xətti ilə axtarışda olan vətəndaşları yaxalayıblar.
Rusiya DİN Tümen vilayəti üzrə İdarəsinin və Tümen şəhəri üzrə 7 nömrəli Polis Bölməsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən dələduzluqda təqsirləndirilən Azərbaycan vətəndaşı yaxalanıb.
Saxlanılan şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək, vətəndaşlara müəyyən məbləğ qarşılığında zəlzələdən ziyan çəkən evlərin bərpası üçün zəruri sənədlərin alınmasına kömək edəcəyini vəd edib və ona inanan şəxslərin 58 min dollarını alaraq mənimsəyib. O, cinayət məsuliyyətindən yayınmaq üçün 2013-cü ilin sentyabrında Azərbaycanı tərk edib və Rusiya ərazisində gizlənib. 2014-cü ilin may ayında İnterpolun Baş Katibliyi onun həbsinə və axtarışa verilməsinin təşəbbüskarı olan dövlətə ekstradisiyasına qərar verib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun yeri Tümen polisi tərfindən müəyyənləşdirilib və həbs edilib.
Bir sıra cinayətlərdə təqsirləndirilən digər Azərbaycan vətəndaşı isə Ufa hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Təqsirləndirilən şəxs 2009-2012-ci illərdə sənədləri saxtalaşdırmaq yolu ilə banklardan külli miqdarda kredit götürüb və qaytarmayıb. O, mənimsədiyi vəsaitlə Rusiyadakı qohumlarının yanına gedib, Tümen vilayətində olub və Başqırdıstanda saxlanılıb.
Azərbaycan hüquq mühafizə orqanları hər iki şəxsin həbsi haqqında məlumatlandırılıb. Hazırda onların ekstradisiyası məsələsi həll olunur.
Bundan başqa, Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Bakı aeroportunda külli miqdarda sintetik narkotik qaçaqmalçılığında təqsirləndirilən Tümen sakinini həbs ediblər. Hazırda onun müvafiq qanunvericiliyə uyğun olaraq Rusiyaya ekstradisiyası məsələsinə baxılır.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət