Böyük Britaniya öz vətəndaşları üçün Azərbaycanda geniş biznes imkanlarının olduğunu qeyd edir.
Britaniya hökumətinin saytında dərc edilmiş materialda bildirilir ki, Azərbaycan son illər əsasən neft-qaz sektorunun inkişafı və ticarət sisteminin liberallaşdırılması sayəsində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir.
“Böyük Britaniya Azərbaycanda böyük investordur və biznesin genişləndirilməsi üçün bütün imkanlara malikdir. Hazırda 500-dən çox Britaniya şirkəti Azərbaycanda bizneslə məşğuldur. Britaniya şirkətləri neft-qaz sahəsindən başqa, tikinti menecmenti, dizayn, pərakəndə ticarət və təhsil sahələrində də uğura nail olublar”, - deyə materialda bildirilir.
Qeyd edilir ki, Azərbaycanda infrastruktur layihələrinə və diversifikasiya strategiyasına yüksək dövlət xərcləri Britaniya biznesi üçün üstünlük olaraq göstərilir. Sürətlə dəyişən, Avropa, Yaxın Şərq və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın strateji mövqeyi ölkə bazarının güclü tərəfləri kimi qeyd edilir.
Müəlliflər qeyd edirlər ki, Azərbaycana ixrac əhəmiyyətli dərəcədə artaraq 2013-cü ilin sonunda demək olar ki, 1 mlrd. funt sterlinqə çatıb. Bununla yanaşı, Böyük Britaniya Azərbaycana əsasən xidmət, texnologiya, neft avadanlıqları ixrac edir.
“$40 mlrd. dəyərində Cənub Qaz Dəhlizi layihəsi tədarüklə məşğul olan Britaniya şirkətləri üçün böyük imkanlar təklif edir. BP Azərbaycan üçün çox vacib olan neft-qaz sektorunda əsas xarici oyunçudur. “Şahdəniz” yatağından çıxarılan qaz Trans-Anadolu qaz kəməri (TANAP) ilə Azərbaycan və Gürcüstandan Türkiyəyə, daha sonra Trans-Adriatik (TAP) kəməri vasitəsi ilə Yunanıstana, Albaniyaya və İtaliyaya ixrac ediləcək. Bu layihənin yaratdığı imkanlar layihələndirmədən təhsilə qədər demək olar ki, hər bir sahəni əhatə edəcək”,- deyə materialda bildirilir.
Onlar qeyd edirlər ki, Azərbaycanın diversifikasiya strategiyası Britaniya şirkətləri üçün sənayenin bir çox sektorlarında imkanlar açacaq.
“İctimai və özəl inkişaf layihələri üzrə böyük planlar mövcuddur. Çoxmilyonluq layihələrə Bakı Metropoliteninin genişləndirilməsi, regional infrastrukturun inkişafı, çirkab sularının təmizlənməsi, turizmin genişləndirilməsi, əsas magistralların bərpası və yenidən qurulması, Gürcüstan və Türkiyəyə avtomobil və dəmir yollarının çəkilməsi, özəl elektrik stansiyalarının, yeni liman, aeroport və gəmi təmiri zavodunun tikintisi daxildir”,- deyə materialda bildirilir.
Müəlliflər 2020-ci ilədək Azərbaycanda İKT sektoruna $4 mlrd. investisiya qoyulacağını bildirərək qeyd edirlər ki, Azərbaycan hökuməti kibertəhlükəsizlik, peyklər, “Texnoşəhərcik” tipli yüksək texnologiya parklarının yaradılması və inkişaf etdirilməsi sahələrində Böyük Britaniyada tərəfdaş axtarışındadır.
“Bakıda orta və yüksək sinifli bir neçə ticarət mərkəzi fəaliyyət göstərir. Tezliklə daha iki mərkəzin açılması gözlənilir. Aksessuarlar, hədiyyəlik əşyalar, lüks və orta brendlərdən dəriyə qulluq vasitələrinin ixracı üçün imkanlar mövcuddur”,- deyə məqalədə bildirilir.
Azərbaycanda təhsilin prioritet sahə olduğunu qeyd edən müəlliflər bildirilər ki, Azərbaycan Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən Təqaüd Proqramı tələbələri xaricdə ən nüfuzlu ali məktəblərdə mühəndislik, informatika və hüquq ixtisasları üzrə təhsil almağa təşviq edir. Bununla əlaqədar ali məktəblər arasında birgə proqramlar, texniki və peşə təhsili, treninqlər, xaricdə təhsil və məsləhət xidmətləri üçün imkanların olduğu vurğulanır.
Müəlliflər respublikanın idman həyatından da bəhs edərək, I Avropa Oyunları, “Formula-1”, “Bakı 2017 İslam Həmrəyliyi Oyunları”, 2020-ci il Futbol üzrə Avropa Çempionatının keçirilməsi üçün məhz Bakının seçildiyini vurğulayıblar.
“İnfrastruktur əsasən hazırdır, ancaq bu hadisələrlə əlaqədar müvafiq tenderlər elan edildikdə tədarüklər üçün yeni imkanlar yaranacaq”, - deyə materialda qeyd edilir.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət