Son 3 il ərzində Azərbaycanın Gürcüstana birbaşa xarici investisiyaları $400 mln.-u ötüb. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.
“Azərbaycan Dövlət Neft Fondunun investisiyaları nəzərə alınmaqla 2006-cı ildən etibarən Gürcüstana $900 mln.-dan artıq investisiya yatırılıb, bu isə 7 mindən artıq iş yeri yaratmağa imkan verib”, - deyə R.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Gürcüstanda 300-dən çox Azərbaycan şirkəti daimi əsasda fəaliyyət göstərir.
“Azərbaycanda Gürcüstan kapitalı ilə 194 şirkət qeydiyyatdadır. Onlar, əsasən xidmət, həmçinin nəqliyyat, kənd təsərrüfatı, energetika sektorlarında fəaliyyət göstərirlər”, - deyə R.Məmmədov vurğulayıb.
O, ölkələr arasında kənd təsərrüfatı, turizm, İKT, tikinti, sənaye, ekologiya sahələrində münasibətlərin inkişaf perspektivlərinin mövcud olduğunu qeyd edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət