SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Avropa Komissiyasının ARDNŞ tərəfindən Yunanıstanın DESFA qazpaylayıcı şirkətinin səhmlərinin alınmasına dair təklifi dərindən öyrənməyə başlamasını normal hesab edir. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bəyan edib.
“SOCAR Avropa Komissiyasının Yunanıstanın DESFA şirkətinin alınması ilə bağlı məsələləri dərindən öyrənməsinə normal yanaşır. Bu, antiinhisar qanunvericiliyi sövdələşməsinə əməl edilməsinin təhlili çərçicvəsində həyata keçirilir”, - deyə R.Abdullayev cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda SOCAR bir sıra digər layihələri də gözdən keçirir və bu layihələrin gerçəkləşdirilməsi üçün şirkət investisiya qoyuluşları həyata keçirə bilər.
Xəbər verildiyi kimi, Avropa Komissiyası Yunanıstanın DESFA qaz nəqli sistemi operatorunun səhmlərinin SOCAR tərəfindən alınmasının Avropa İttifaqının reqlamentinə uyğunluğunu qiymətləndirmək üçün araşdırmalara başlayıb”, - deyə məlumatda bildirilir.
“Komissiya ehtiyat edir ki, bu sövdələşmə təbii qazın Yunanıstana tədarükü üzrə topdan satış bazarında rəqabəti azalda bilər, çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz nəqli şəbəkəsinə daxil olmağa mane ola bilər. Komissiya çalışır ki, DESFA-nın satılması rəqabətə ziyan vurmasın və Yunanıstanda qaz istehlakçılarına qaz daha da yüksək qiymətə satılmasın”, - deyə Avropa Komissiyasının məlumatında qeyd edilir.
Avropa Komissiyası 90 iş günü müddətində, 2015-ci il martın 23-nə qədər qərar qəbul etməlidir.
Xəbər verildiyi kimi, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avro əldə etməyi nəzərdə tuturdu.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət