Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri praqmatik yanaşmaya əsaslanmalıdır. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
“Hesab edirəm ki, bizim Macarıstan və Avropa İttifaqının digər dost ölkələri ilə ikitərəfli əlaqələrimiz gələcək əməkdaşlıq üçün yaxşı, möhkəm zəmindir. Biz Avropa İttifaqına yaxın olmaq istəyirik”,- deyə Azərbaycan prezidenti Macarıstan Milli Televiziyasına müsahibəsində bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev deyib ki, Avropa İttifaqı öz üzvlərini dəstəkləyən dünya təşkilatının ən yaxşı təcrübəsini əks etdirir .
“Avropa İttifaqının standartlarına müvafiq yüksək həmrəylik səviyyəsinə çatmaq üçün hər bir ölkə cəhd etməlidir, o cümlədən də Azərbaycan.. Biz bir-birimizə nə verə bilərik, qarşılıqlı maraq təşkil edən sahələr hansılardır, regionumuzda bir-birimizlə qarşılıqlı əlaqədə necə olacağıq, hansı çağırışlar var? Düşünürəm ki, bu, irəliləmək üçün ən yaxşı yoldur. Strateji maraq, enerji təhlükəsizliyi, siyasi və regional təhlükəsizlik bir-biri ilə bağlıdır”,- deyə dövlət başçısı əlavə edib.
Prezident bildirib ki, Avropa təşkilatları ilə münasibətlərdə enerji təhlükəsizliyi Bakı üçün əsas prioritet təşkil edəcək. Azərbaycan Avropa istehlakçıları üçün ən az 100 il müddətində etibarlı qaz mənbəyi rolunu oynaya bilər.
“Enerji məsələsinə gəldikdə, bizim böyük enerji ehtiyatlarımız var. Biz bu ehtiyatları Avropa bazarına çıxarmaq üçün artıq çoxlu səylər göstərmişik. Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan əldə edirlər. İndi isə biz Avropanın enerji xəritəsini tamamilə dəyişəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Bizim təsdiq olunmuş minimum qaz ehtiyatlarımız 2,5 trilyon kubmetr səviyyəsindədir və daha da çox olacaq. Çünki biz hələ də kəşfiyyat işləri aparırıq. Hətta bu miqdar ən azından yüz il ərzində Avropa istehlakçıları üçün etibarlı qaz mənbəyinin olmasına kifayətdir”,- deyə o əlavə edib.
İ.Əliyev deyib ki, Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına daxil olur.
“Biz indi təkcə Azərbaycana yox, həm də xaricə sərmayələr yatıraraq investisiya portfelimizi şaxələndiririk. Azərbaycan artıq Avropa İttifaqının bəzi üzv ölkələrinə yüz milyonlarla avro məbləğində investisiya yatırıb. Bu proses davam edəcək. Biz Avropa İttifaqı və Azərbaycan arasında biznesin sadələşdirilməsi üzrə çox vacib saziş imzalamışıq. Bu, bizim iş adamlarına və avropalılara bir-birilərinə daha asan çıxışı təmin edəcək. Bu isə öz növbəsində xalqlar arasında əlaqələri gücləndirəcək. Çünki xalqlar arasında əlaqələr olmadan istənilən siyasi çərçivə bütöv deyil”,- deyə o vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət