Prezident İlham Əliyev əmindir ki, Macarıstanmda keçirilən görüşlər və fikir mübadiləsi bir daha sübut edir ki, Bakı və Budapeşt arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
“Biz bu əlaqələrin inkişafına böyük nikbinliklə baxırıq. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da sürətlə inkişaf edəcək. Bu gün imzalanan sazişlər də əslində bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir, müxtəlif sahələri - iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcək”, - deyə İ.Əliyev Budapeştdə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Onun fikrincə, Azərbaycan və Macarıstan arasında imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə Aİ ilə əməkdaşlıq üçün yeni imkanlar açır.
“Deyə bilərəm ki, strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb. Əlbəttə, bu səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır. Bu əlaqələr çox müsbətdir, gözəldir”, - deyə İ.Əliyev vurğulayıb.
“Cənub” qaz dəhlizi layihəsi barədə danışan İ.Əliyev Aİ ilə Azərbayan arasında tezliklə əlaqələndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, “çünki biz bu layihəni vaxtında icra etmək istəyirik”.
“Bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaq. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir. Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanın maraqları da burada üst-üstə düşür. Biz yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqlara başlamaq qərarına gəldik. Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaq. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin”, - deyə prezident qeyd edib.
Dövlət başçısı, həmçinin bildirib ki, “Cənub” qaz dəhlizinin tikintisi üzrə investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb.
““Cənub” qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum $45 mlrd. sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir”, - deyə İ.Əliyev bəyan edib.
Bundan başqa, prezident birgə hökumətlərarası komissiyanın uğurlu fəaliyyətini qeyd edib. Onun sözlərinə görə, bu ilin nəticələrinə görə, ölkələr arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb, işgüzar dairələrinin qarşılıqlı marağı kifayət qədər böyükdür.
“Əlbəttə ki, gələcək illərdə birgə həyata keçiriləcək layihələr ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Qarşılıqlı sərmayə qoyuluşu, informasiya-kommunikasiya sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artması, əlbəttə, energetika sektorundakı əməkdaşlıq - bütün bunlar bizim üçün prioritetdir”, - deyə o vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət