Bakı və Tehran ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsini istəyir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhaninin imzaladığı “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə”də deyilir.
Tərəflər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafının istiqamətverici mexanizmi kimi iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd ediblər, iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye, energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bildiriblər.
Tərəflər iki ölkə arasında nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəklər və öz ərazilərindən tranzit daşımaların həyata keçirilməsi üçün əlverişli şərait yaradacaqlar; ölkələrində qarşılıqlı sərmayə qoyuluşunu və digər ölkələrdə ortaq sərmayə qoyuluşunu təşviq edərək, bu istiqamətdə təklif olunan layihələri araşdıracaq və razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün zəruri addımlar atacaqlar; iki ölkə arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə enerji layihələrinin həyata keçirilməsi üçün əlavə səylər göstərəcəklər. Bu baxımdan Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə bağlı Saziş layihəsinin tezliklə imzalanmasının zəruriliyi bildirilib.
Tərəflər “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş”in tezliklə qüvvəyə minməsinin vacibliyini qeyd ediblər; Araz çayının imkanlarından səmərəli istifadə etməklə iki ölkə arasında qarşılıqlı maraqların qorunması və razılaşdırılması əsasında Araz çayı üzərində transsərhəd əməkdaşlığın və yeni ortaq layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
R.Babayev
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət