Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov əməliyyat-taktiki təlimlərə cəlb olunan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə görüşüb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Müdafiə naziri hərbi gəmilərə, texnika və silahlara baxış keçirib, hazırlıqla bağlı görülən işlərin səviyyəsi ilə maraqlanıb, tapşırıqların yerinə yetirilməsini izləyib.
Şəxsi heyət qarşısında çıxış edən Z.Həsənov Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışıb.
Təlimlərə Hərbi Dəniz Qüvvәlərinin tam heyəti, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin müvafiq gəmiləri cəlb edilib.
Təlim 3 mərhələdə həyata keçiriləcək. Təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunacaq.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət