Rus icması Azərbaycanın çoxmillətli cəmiyyətinin mənəvi-etnik mənzərəsini zənginləşdirir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin cümə günü Bakıda keçirilən Azərbaycanın Rus İcmasının IV qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir. Məktubu Azərbaycan
ın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət
müşaviri Kamal Abdulla oxuyub.
“Rus icması hər zaman Azərbaycanda əmin-amanlıq mühitində yaşayıb, burada tarixən müxtəlif xalqlar və dinlər arasında səmimi dostluq, qardaşlıq, qarşılıqlı hörmət və etimad münasibətləri olub və icma özünün dili və mədəniyyəti, milli və dini ənənələrini qoruyub saxlayaraq, Azərbaycanın çoxmillətli cəmiyyətinin mənəvi-etnik mənzərəsini zənginləşdirib”, - deyə dövlət başçısının müraciətində qeyd olunur.
İ.Əliyev məmnunluqla qeyd edib ki, Azərbaycanın rus əhalisi ölkənin ictimai-siyasi həyatında və milli dövlətçiliyin inkişafında fəal iştirak edir.
“Ölkəmizdə rusların Azərbaycan cəmiyyətinə bərabər hüquqlu inteqrasiyası və ruslara məxsus mənəvi-etnik şüurun qorunun saxlanması üçün demokratik şərait hərtərəfli təmin edilir”, - deyə prezidentin təbrik məktubunda deyilir.
Prezident bildirib ki, baxmayaraq ki, SSRİ-nin süqutundan sonra postsovet məkanında rus dilinə hücumlar və mənfi faktlar müşahidə edilib, bu gün Azərbaycanda rus dilində ümumtəhsil məktəbləri uğurla fəaliyyət göstərir, ali məktəblərdə rus bölmələri var, rusdilli teatr qrupları, KİV və digər mədəni-ictimai strukturlar fəaliyyət göstərirlər.
“Təsadüfi deyil ki, hazırda Cənubi Qafqazda ən çoxsaylı rus icması məhz Azərbaycandadır”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, 1988-1989-cu illərdə Ermənistan rəhbərliyinin Azərbaycanla qarşı həyata keçirdiyi etnik tənmizləmə və deportasiya siyasəti nəticəsində erməni millətçiliyindən zərər çəkən rus xalqının minlərlə nümayəndəsinin Azərbaycana gəlməsi faktı ölkədə millətlərarası və dini tolerantlığın yüksək səviyyədə olmasına dəlalət edir.
“Azərbaycanın Rus İcması 20 ildən artıqdır ictimai təşkilat kimi vətəndaş cəmiyyətinin qurulması istiqamətində effektiv fəaliyyət göstərir və iki xalqın və mədəniyyətlərin yaxınlaşması və qarşılıqlı zənginləşməsi məqsədilə mühüm iş görür. Əminəm ki, bu təşkilat bundan sonra da Azərbaycanın rus icmasını layiqincə təmsil edəcək və cəmiyyətdə vətəndaş həmrəyliyinin təmin edilməsi, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə fəaliyyətini gücləndirəcək”, - deyə İ.Əliyevin müraciətində vurğulanır.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət