Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) Şəki su elektrik stansiyasında (SES) ikinci qurğunu işə salıb. Bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) Bakı nümayəndəliyindən məlumat verilib.
“Qurğu 580 kVt gücə malikdir. Onun tikintisi AREA və UNDP-nin “Azərbaycanda dayanıqlı enerjinin inkişafına dəstək” adlı birgə layihəsi çərçivəsində həyata keçirilib. Layihə Avropa İttifaqı və Norveç hökuməti tərəfindən maliyyələşdirilib. Layihə çərçivəsində Azərbaycanda 1 mVt gücə malik 1 kiçik SES-in tikintisi planlaşdırılmışdı.
Məlumatda qeyd edilir ki, bu qurğunun tikintisi Şəki rayonunun enerji təchizatını yaxşılaşdırmaqla yanaşı, ekoloji cəhətdən təmiz elektrik enerjisinin istehsalı və Azərbaycanın digər kiçik çaylarında analoji layihənin reallaşdırılması imkanlarını qiymətləndirməyə şərait yaradacaq.
Layihənin konkret məqsədləri kiçik SES-in tikintisinə dəstək göstərilməsi, ölkənin müxtəlif regionlarında bərpa olunan enerji mənbələrinin bu və ya digər növlərinin iqtisadi səmərəliliyinin müəyyən edilməsidir.
BMT İnkişaf Proqramının məlumatına əsasən, Azərbaycan 200 ədəd SES-in tikintisi üçün potensiala malikdir.
Daha əvvəl AREA Azərbaycanda bir kiçik SES-in tikintisini 2 mln. manat dəyərində qiymətləndirmişdi.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət