Milli Məclisin spikeri Oqtay Əsədov respublikada qeyri-hökumət sektorunun maliyyələşdirilməsi məsələsinə təkrar baxılmasının zəruri olduğunu hesab edir.
“QHT bazarında boşluqlar var. Biz onların fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədilə “Qeyri-hökumət təşkilatları haqqında” qanuna dəyişikliklər qəbul etmişik. Dövlət təhlükəsizliyinin təmin edilməsi naminə bu sahənin maliyyələşdiriməsi məsələsinə təkrar baxmaq lazımdır”, - deyə parlamentin sədri çərşənbə axşamı parlamentdə “Azərbaycanın 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifova müraciət edərək vurğulayıb.
Öz növbəsində Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının sədri Azay Quliyev nazirdən Şuranın fəaliyyətinin maliyyələşdirilmə həcminin 6 mln. manatdan 10 mln. manatadək artırılması imkanlarına baxılmasını xahiş edib.
“Son zamanlar Azərbaycanda QHT-lərin fəaliyyətinə dair qanunlara dəyişikliklər qəbul edilib. Həmin dəyişikliklər zərurətdən irəli gəlib. Əgər QHT sektorunda rəqəmlərə müraciət etsək, o zaman görərik ki, bu sahənin maliyyələşdirilməsi üçün vəsaitin 35%-i xaricdən daxil olur, bu isə ildə 23,5 mln. manat təşkil edir”, - deyə o vurğulayıb.
Deputatın sözlərinə görə, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyəti şəffaf deyil.
“Burada dövlət təhlükəsizliyinin təminatı məsələsi kəskin şəkildə durur. Qeyri-hökumət sektorunun xarici donorlardan asılılığının azaldılması məqsədilə daha qəti addımlar atmağın zamanı çatıb”, - deyə A.Quliyev qeyd edib.
O, 2014-cü ildə təşkilatların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət dotasiyalarının 4 mln. manatdan 2015-ci ildə 6 mln. manatadək artırılmasını müsbət qiymətləndirsə də, qeyd edib ki, bu sahədə səmərəli fəaliyyətin qurulması üçün bu tədbirlər kifayət deyil.
“Əgər QHT-lərin maliyyələşdirilməsi üçün 23,5 mln. manatın xaricdən daxil olduğunu, QHT-lərə Dövlət Dəstəyi
Şurasına ayrılan 6 mln. manatdan 1,3-1,4 mln. manatın katibliyin saxlanması və digər layihələrə sərf olunduğunu nəzərə alsaq, bu məbləğ kifayət deyil. Buna görə də xahiş edirəm ki, ilkin mərhələdə dövlət büdcəsindən Şuranın fəaliyyətinə dotasiyaları heç olmasa 10 mln. manatadək artırasınız”, - deyə A.Quliyev vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət