Azərbaycan məqsədyönlü şəkildə korrupsiya ilə mübarizə sahəsində qanunvericilik bazasını inkişaf etdirir. Bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov bəyan edib.
“Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinə əsasən biz korrupsiya ilə mübarizə sahəsində qanunvericilik bazasını daima inkişaf etdiririk”,- deyə Z.Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının 3-cü sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə bu istiqamətdə islahatların həyata keçirilməsi davam edir.
“Antikorrupsiya sahəsində həyata keçirilən tədbirlər beynəlxalq təşkilatların bu sahə üzrə Azərbaycanla bağlı müsbət hesabatlarının yaranmasına səbəb olub. Korrupsiya ciddi bəladır və güclü siyasi iradə, bu sosial bəla ilə mübarizədə əməkdaşlıq Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetlər siyahısına daxil edilib”,- deyə Z.Qaralov bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan bu istiqamətdə İACA-nın fəaliyyətini vacib hesab edir.
“Biz İACA ilə sıx əməkdaşlıq edirik. Bu Akademiya ilə beynəlxalq əməkdaşlıq QHT və dövlət strukturlarının korrupsiya ilə mübarizə sahəsində təcrübəsini artırdığına görə çox məhsuldardır”,- deyə Z.Qaralov qeyd edib.
Tədbirdə, həmşinin İACA-nın baş katibi və dekanı Martin Kroytner çıxış edərək Akademiya qarşısında duran vəzifələrdən danışıb. O, korrupsiya ilə mübarizənin səmərəliliyinin təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət