Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin mətbuat xidməti xəbər verir ki, 18 noyabr tarixində Bruklin Administrasiyasında Bakı şəhərinin Səbayıl rayounu icra hakimiyyətinin başçısı Asif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Nyu-York şəhəri Bruklin rayonunun yerli hakimiyyəti rəhbəri Erik Adamsla görüşmüşdür.
Görüşdə Səbayıl rayonunun nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin əməkdaşları və Bruklindəki Azərbaycan icmasının fəal nümayəndəsi olan Mariyetta Rozental iştirak etmişdir.
Görüş əsnasında Azərbaycan nümayəndə heyətini salamlayan Erik Adams 2012-ci ildə Eurovision mahnı müsabiqəsini izləmək məqsədilə Azərbaycana səfər etdiyini və Bakının onun xatirində çox müsbət təəssüratlarla yadda qaldığını qeyd etmişdir.
Ölkəmizin son illər bütün sahələrdə gözəçarpan şəkildə inkişaf və uğurlarından xəbərdar olduğunu bildirən E.Adams Bruklin və Səbayıl arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlar arasında təmaslara təkan verəcəyinə əmin olduğunu vurğulamışdır.
Bundan sonra çıxış edən Səbayıl rayonunun icra başçısı Asif Əsgərov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən aparılan müdrük siyasətin nəticəsində böyük inkişaf yolu keçdiyini və xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil edilməsini qeyd etmişdir. O, ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini qeyd etmiş və həmsöhbətini adıçəkilən tədbirə dəvət etmişdir.
Bununla yanaşı, tədbir iştirakçılarına Səbayıl rayonu barədə və rayonda aparılan işlərlə bağlı məlumat verilmişdir.
Daha sonra çıxış edən Azərbaycanın Vaşinqtondakı Səfirliyinin müşaviri Məmməd Talıbov səfir Erik Adamsa minnətdarlığını ifadə etmiş və Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq barədə görüş iştirakçılarına qısa məlumat vermişdir. Xüsusilə qeyd edilmişdir ki, bir müddət öncə “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı-Nyu York birbaşa uçuşların açılması həm Azərbaycanın ümumi inkişafı, həm də iki ölkə arasında münasibətlərin müsbət dinamikasının göstəricisidir.
M.Talıbov Azərbaycanın zəngin demokratik dövlətçilik ənənələrinə malik olduğunu və Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını qarşı tərəfin diqqətinə çatdırmışdır.
Ölkəmizin, həmçinin zəngin tolerant ənənələrini qeyd edən diplomat ABŞ-da olduğu kimi Azərbaycanda da çoxsaylı etnik qrup və dini konfessiya mənsublarının əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirilmişdir.
Bu baxımdan, sözügedən protokolun imzalanmasının rəmzi məna daşıdığı və tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanlar yaradacağı qeyd edilmişdir.
İkitərəfli görüşdən dərhal sonra Bruklin rayonu və Səbayıl rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokolun təntənəli imzalama mərasimi keçirilmişdir. Mərasimdə diplomatik korpus və yerli Azərbaycan icmasının nümayəndələri, eləcə də digər qonaqlar iştirak etmişdir.
İmzalama mərasimindən sonra yerli Azərbaycan icması tərəfindən təşkil edilmiş "My Way" mədəni inkişaf mərkəzi yetirmələri milli rəqslərimizdən ibarət mədəni proqram nümayiş etdirmişdir.
Mədəni hissənin sonunda çıxış edən Mariyetta Rozental Bruklin rayonu Administrasiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Respublikamızın ABŞ-dakı Səfirliyinə bu tədbirin həyata keçirilməsi üçün xüsusi minnətdarlığını bildirmişdir.
Həmin gün yerli Azərbaycan icması tərəfindən ölkəmizin nümayəndə heyətinin şərəfinə ziyafət verilmişdir. Həmin ziyafətə Bruklin rayonu yerli hakimiyyəti rəhbəri Erik Adams da qatılmışdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət