ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) baş direktoru cənab Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib və onları yeni tikilən Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi haqqında geniş məlumatlandırıb.
Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qonağı salamlayıb və Ali məktəbdə görməkdən məmnunluq ifadə edib. Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini, yeni Neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası ARDNŞ-nin fəaliyyətində növbəti böyük nailiyyətlər əldə etməsinə yeni imkanlar yaradacağını qeyd edən Elmar Qasımov, bu dəyərli görüşün keçirilməsində əsas məqsəd BANM-in tələbələrini, Azərbaycanın bugünkı gəncliyini ARDNŞ-nın gündən günə inkişaf edən fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış etmək, onların ARDNŞ-nin müasir standartlara cavab verən yeni layihələrində mütəxəssis kimi iştirak etmələrinə, bu istiqamətdə üzərlərinə düşən əsas öhdəlikləri dərk etmələrinin, elmi və təcrübə biliklərinin dərinləşməsi üçün zəruri addımların atılmasının və Azərbaycanın neft-qaz və neft-kimya sahəsində olan ingilisdilli yüksəkixtissaslı mütəxəssis tələbatının ödənilməsinin vacibliyini vurğulayıb.
Daha sonra vitse-prezident Tofiq Qəhrəmanov rəhbərlik etdiyi Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə dair təqdimatla çıxış edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkədə yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin Qaradağ və Abşeron rayonlarının sərhədində inşa olunacağını və 2018-2020-ci illərdə istifadəyə veriləcəyi nəzərdə tutulduğunu tələbələrin diqqətinə çatdırdı. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın mülki, sosial, infrastruktur və mədəniyyət təyinatlı tikinti sahəsində nəhəng nailiyyətlərlə yanaşı, neft emalı və neft-kimya sahəsində də dərin texniki və texnoloji irəliləyişlərin müşahidə olunacağını, bir çox növ məhsul və məmulatların idxalından yaxa qurtarmağa imkan verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə başlayacağını qeyd edən vitse-prezident, bunlarla yanaşı, müasir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı yaranacağını, yeni iş yerlərinin açılacağını və əhalinin məşğulluq strukturunu keyfiyyətcə yaxşılaşacağını iştirakçıların nəzərinə çatdırdı.
Xüsusilə də bu layihənin icrasında ingilisdilli və müasir bilikli gənc mütəxəssislərin cəlb olunmasına böyük önəm verildiyini vurğulayan T.Qəhrəmanov, BANM rəhbərliyi ilə bu istiqamətdə əməkdaşlıq etməsinə, ən bacarıqlı tələbələrin Neft-qaz emalı və Neft-kimya Kompleksi layihəsində təcrübə keçmələrinə marağlı olduğunu bildirib və gəlcəkdə məhz BANM-in məzunlarının ARDNŞ-nin müasir kadr tələbatının yüksək səviyyədə ödəcəyinə əminlik ifadə edib.
Təqdimatdan sonra vitse-prezident və layihə rəhbəri T.Qəhrəmanov tələbələrin çoxsaylı suallarını cavablandırıb və onların gələcək peşakar həyatlarında uğurlar arzulayıb.
Tədbirin sonunda BANM-in rektoru E.Qasımov ARDNŞ-nın vitse-prezidenti T.Qəhrəmanovu dəvəti qəbul etdiyinə və tələbələri layihə haqqında dolğun məlumatlandırdığına görə təşəkkürünü bildirib.
Sonda T.Qəhrəmanova BANM-nin “Fəxri qonağı” diplomu təqdim edilmişdir.
Bakı Ali Neft Məktəbi, İctimaiyyətlə Əlaqələr şöbəsi
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət