Azərbaycan hökuməti respublikada ipoteka sisteminin modernləşdirilməsi üzrə ardıcıl addımlar atır. Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov cümə axşamı parlamentdə Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyan edib.
“Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) qiymətləndirmələrinə görə, Azərbaycanda ipotekaya ilkin tələbat $6 mlrd. təşkil edir. Bu tələbatın ödənilməsi üçün təbii ki, ciddi maliyyə resursları lazımdır. Bizdə kifayət qədər maliyyə resursları var, biz onlardan istifadə edirik, Maliyyə Nazirliyi ilə məsləhətləşmələr aparırıq. Yaxın illərdə, hətta 2015-ci ildə ipoteka üçün vəsaitin artırılması üzrə addımlar atmağı planlaşdırırıq”, - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, “Tikinti-
əmanət bankları haqqında" qanun layihəsi hazırlanıb.
“Bu, İkinci Dünya müharibəsindən sonra Almaniyanın mənzil təsərrüfatının bərpasında müstəsna rol oynamış çox mühüm institutdur. Almaniyada belə bankın aktivləri ölkə üzrə ÜDM-in 30%-nə bərabərdir. Dövlət bu cür sistemdə çox fəal rol oynayır. Biz bu model üzərində ciddi şəkildə düşünürük. Biz bu modeli maliyyə naziri Samir Şərifovla bir daha müzakirə edəcə və ardıcıl addımlar atacağıq”, - deyə E.Rüstəmov qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycanda bankların ipoteka kreditləri üzrə ümumi portfeli 1 mlrd. manatı ötür.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət