“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarının işlənilməsi layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası üzrə podratçı şirkətlər 2014-cü ilin yanvar-sentyabr aylarında $969 mln. məbləğində sifarişlər yerinə yetiriblər ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 41,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Bu məbləğdən 13 birgə müəssisə $240 mln., 27 dövlət müəssisəsi $65 mln., 180 kiçik və orta müəssisə $378 mln., BP-nin Azərbaycandakı layihələri üzrə xarici şirkətlər isə $286 mln. məbləğində sifarişlər yerinə yetiriblər”,- deyə mətbuat xidmətindən bildirilib.
2014-cü ilin yanvar-sentyabr aylarında sosial layihələrin reallaşdırılmasına investisiya qoyuluşları $3,84 mln. təşkil edib.
“Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənilməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları: BP (Böyük Britaniya - 35,78% - operator), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “İtochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.
BTC layihəsinin iştirakçıları: BP (30,1%); SOCAR (25%); Chevron (8,9%); Statoil (8,71%); TPAO (6,53%); Eni (5%); Itochu (3,4%); ConocoPhillips (2,5%); INPEX (2,5%), TOTAL (5%) və ONGC (2,36%) şirkətləridir.
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət