“Qərbi Çıraq” platformasından sutkalıq neft hasilatı sutkada 90 min bareli ötüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2014-cü il yanvarın 28-də Chirag Oil Project (COP) çərçivəsində “Qərbi Çıraq” platformasından J05 quyusundan neft hasilatına başlanılıb.
“2014-cü ilin yanvar-sentyabr aylarında daha dörd quyu - J11, J07, J14, J03 və J02z istismara verilib. Bu, “Qərbi Çıraq” platformasından sutkalıq neft hasilatının həcmini 90 min bareldən artıq həcmə qədər artırmağa imkan verib. Hazırda platformadan altıncı quyunun (J10) qazma işləri aparılır”,- deyə şirkət nümayəndəsi bildirib.
Xəbər verildiyi kimi, ƏBƏŞ-in planlarına əsasən, platformada ilkin mərhələdə 14 quyu, o cümlədən 2014-cü ildə 6 quyu, 2015-2016-cı illərdə isə 8 quyu istismara veriləcək. Bu 14 quyudan neft tam həcmdə 2015-2016-cı illər üçün nəzərdə tutulur.
Şirkət 2014-cü ildə “Qərbi Çıraq” yatağından 3 mln. ton neft hasil etməyi planlaşdırır.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
“Сhirag Oil Project “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsidir və “Çıraq” yatağının qərb hissəsində neft hasilatını, “Çıraq-1” və “Dərinsulu Günəşli” platformaları arasında dənizin 170 metr dərinliyində yerləşəcək yeni “Qərbi Çıraq” qazma və yaşayış platformasının inşasını və qurulmasını nəzərdə tutur. “Chirag Oil Project” çərçivəsində neft hasilatının sutkalıq həcmi 160-185 min barel səviyyəsində proqnozlaşdırılır.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət