İçməli sudan istifadə probleminin həlli Azərbaycanın prioritetlərindən biridir. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bəyan edib.
“Ermənistan tərəfindən Sərsəng su anbarının da yerləşdiyi Azərbaycan ərazisinin 20%-nin işğalı amili bu məsələdə ölkəmiz üçün böyük təhlükədir”, - deyə F.Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərini işğal edən Ermənistan Sərsəng su anbarından Azərbaycan əhalisinə içməli suyun daxil olmasının qarşısını alır.
“Cənubi Qafqazda içməli su çatışmazlığı məsələsi xüsusilə Azərbaycanda kəskin durur. Bu, əsasən suyun böyük ehtiyatlarının Ermənistanın işğal etdiyi ərazidə yerləşməsi ilə əlaqədardır”, - deyə SAM-ın direktoru vurğulayıb.
F.Məmmədov qeyd edib ki, Milli Məclis və digər dövlət strukturları beynəlxalq təşkilatlar qarşısında bu məsələni mütəmadi olaraq qaldırırlar.
“İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycanın inkşafı üçün böyük imkanlar yaradacaq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi, həmçinin transsərhəd çayların sularından səmərəli istifadəyə də böyük önəm verir.
“Ölkədə su infrastrukturu fəal inkişaf edir, yeni su anbarları tikilir. Suyun səmərəli istifadəsinə böyük diqqət ayrılır”, - deyə F.Məmmədov qeyd edib.
“Sirr deyil ki, su bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir. Bəşəriyyətin üçdə bir hissəsi içməli su çatışmazlığından kəskin əziyyət çəkir”, - deyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Fəxrəddin Qədirov qeyd edib.
Onun sözlərinə görə, bu gün bir çox dövlətlər suyu qonşu ölkələrin ərazisindən alır və çox vaxt siyasi və iqtisadi asılılığa məruz qalırlar.
“Sənaye və kənd təsərrüfatının inkişafı yeni su ehtiyatları tələb edir”, - deyə F.Qədirov transsərhəd suların istifadəsi və su resurslarının səmərəli tətbiqi imkanlarının axtarışı istiqamətində əməkdaşlığın inkişafının önəmini vurğulayıb.
Tədbirdə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və xarici mütəxəssislər çıxış ediblər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət