Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Rafael Hüseynov Parisdə AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
S.Fətəliyeva AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün bu gün Fransanın paytaxtı Parisə yola düşür. Tədbirdə iqtisadi böhran zamanı sosial hüquqlar və sosial dialoq, Ebola xəstəliyi ilə mübarizə, insanların tətil etmək hüququnun təmin edilməsi, uşaqların sosial xidmətlərdən yararlanmaq imkanı və digər mövzular ətrafında müzakirələr aparılacaq.
R.Hüseynov AŞPA-nın komitə iclaslarında iştirak etmək üçün dekabrın 2-dən Parisdə səfərdə olacaq.
Qurumun Mədəniyyət, elm və təhsil komitəsində Avropada media azadlığının qorunması, bu sahədə şəffaflığın artırılması, iqtisadi böhran və böhrandan sonrakı vəziyyətdə mədəni irs, internet idarəçiliyində strategiyalar və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Hüquq işləri və insan haqları komitəsinin yığıncağında Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi, Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyi prinsipinə əməl olunması, Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə insan hüquqlarına riayət edilməsi, Şimali Qafqazda bu sahədə vəziyyət, siyasi təqib məfhumunun müəyyən edilməsi məsələlərinə baxılacaq.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət