“İnterfaks-Azərbaycan” informasiya agentliyinin Estoniyanın Azərbaycandakımüvəqqətiişlər vəkiliYaap Oraya sualları
- Cənab Ora, Siz Estoniyanı Azərbaycanda təmsil edən ilk diplomatsınız. Azərbaycanda qarşınıza hansı məqsədlər qoyulub?
- Mən Bakıda olan ilk estoniyalı diplomatam. Bu, Estoniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsi üçün bir çox imkanlar açır və mən bu işdən zövq alaram. Gündəmdə bir neçə məsələ var. Öncə istərdim ki, ölkələr bir-birləri haqqında daha çox məlumata malik olsunlar. Aspektlərdən biri bir ölkənin xalqının digər xalq, onun mədəniyyəti, siyasəti və s. barədə biliklərinin genişləndirilməsidir. Digər aspekt Estoniya XİN-i, beynəlxalq təşkilatlar və səfirliklərdə çalışan həmkarlarıma Azərbaycan haqqında məlumatın təqdim edilməsi ilə əlaqədardır. Mühüm vəzifələrdən biri ölkələrimiz arasında ticarət və investisiyaların genişləndirilməsi imkanlarının öyrənilməsidir. Bunun üçün mən Estoniya ilə əməkdaşlıqda maraqlı olan insanlarla əlaqələr qurmağa başladım. Mənim vəzifələrimdən biri də Estoniya vətəndaşlarına, əgər onlara pasportlarını yeniləmək lazım olarsa, hər hansı sənədlər və buna bənzər hallar ortaya cıxdığı halda konsulluq xidmətlərinin göstərilməsidir. Mən, həmçinin ölkələrimiz arasında mədəni və turizm mübadiləsinin genişlənməsinə ümid edirəm.
- Azərbaycan Estoniya üçün nə deməkdir?
- Azərbaycan Estoniyanın köhnə tərəfdaşıdır. Bizim yaxşı ikitərəfli münasibətlərimiz var. Biz, həmçinin “Şərq tərəfdaşlığı” proqramı vasitəsilə Azərbaycan və Aİ arasında münasibətlərin dərinləşməsi üzərində birgə çalışırıq. Digər beynəlxalq forumlarda, o cümlədən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında əməkdaşlıq edirik. Bizim ümumi tarixi təcrübəmiz var. Nə vaxtsa burada fəal eston icması olub, xüsusilə ötən əsrin əvvəllərində, bəzi estonlar formalaşan neft industriyasına yardım ediblər, digərləri isə biznes və iqtisadiyyatın digər sektorlarında fəal olublar. Azərbaycanlılar Estoniyaya səfərlər ediblər, burada universitetlərdə təhsil alıblar, iş tapıblar və ya ailə qurublar. Bu gün Estoniyada həyatın bütün sahələrinə və münasibətlərimizə töhfə verən fəal Azərbaycan icması fəaliyyət göstərir. Həmvətənlərimə Azərbaycanı qaynayan həyat dolu paytaxta, valehedici təbiətə, cəlbedici mədəniyyət və ənənələrə malik olan dinamik ölkə kimi təqdim etmək istərdim.
- Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda həyata keçirilən genişmiqyaslı layihələr barədə nə deyə bilərsiniz? Estoniya onlara nə kimi maraq göstərir?
- Düşünürəm ki, siz iki mühüm layihəni nəzərdə tutursunuz: energetika sahəsindəki Cənub qaz dəhlizini (CQD) və nəqliyyat sahəsindəki Bakı-Tbilisi-Qars (BTC) dəmir yolunu. CQD Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verəcək. Əgər tam gücü ilə istifadəyə verilərsə, yalnız Azərbaycandan deyil, həm də regionun Türkmənistan kimi digər ölkələrindən qaz nəql edəcək. Mən Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bir qədər sonra izah edəcəyəm.
BTC Avropa və Asiya arasında körpü kimi Azərbaycanın rolunu daha da gücləndirəcək layihədir. Bu layihə Azərbaycan hakimiyyətinin nəqliyyatın infrastrukturunun inkişafına ayırdığı diqqətin bariz nümunəsidir.
- Ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsini necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 8 mln. avro təşkil edir, bunun böyük hissəsi Estoniyanın Azərbaycana ixracının payına düşür. Bu, əsasən maşınqayırma və mexaniki avadanlıq, metal məhsulları və balıqdır. İKT sahəsi əməkdaşlığın səmərəli sahəsidir. Azərbaycanın elektron hökumət sistemi Estoniyanın informasiya sistemi orqanı, proqram təminatı şirkətləri «Cybernetica» və «Aktors», o cümlədən İKT sahəsində əməkdaşlıqda çox fəal olan Azərbaycanın «B.ESТ Solutions» şirkətləri cəlb olunmaqla Estoniya sistemi əsasında hazırlanıb.
Əsas vəzifələrimdən biri gələcək ticarəti inkişaf etdirməkdir. Bunun üçün Estoniya şirkətlərinin eston mal və xidmətləri satmaq üçün Azərbaycanda bazarın fəaliyyət göstərməsi barədə məlumatlı olmaları çox mühümdür.
Azərbaycan hakimiyyəti və biznes dairələri öz fəaliyyətlərində qabaqcıl texnologiyaların tətbiqində maraqlıdır. Onlar həmin texnologiyaları və bilikləri əldə etmək məqsədilə Estoniya ilə əməkdaşlıqda maraqlıdırlar. Biz İKT sahəsində, daha geniş mənada tədqiqatlar və inkişaf sahəsində böyük əməkdaşlıq potensialına malikik.
Biz, həmçinin xüsusilə Estoniyanın ərzaq məhsullarının ölkənizə idxalını artırmağa çalışırıq. Estoniya Azərbaycan istehlakçıları üçün böyük maraq kəsb edən, öz seqmentində rəqabətədavamlı qiymətlərlə yüksək keyfiyyətli ərzaq malları təklif edir.
- Tallin energetika, turizm sahələrində ikitərəfli münasibətlərin inkişaf perspektivlərini necə görür?
- Turizm sahəsində əməkdaşlığın inkişafı, ölkələrimizin təşviqi, eləcə də turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili istiqamətində daha məqsədyönlü işə ehtiyac var.
Estoniya azərbaycanlı turistlərə çox şey təklif edə bilər. Paytaxt Tallin yaxşı qorunub saxlanan köhnə şəhərlə tarix və modernin füsunkar qarışığıdır. Tallin Milad bayramı və Yeni ildə, həmçinin yayda çoxlu sayda turistlər cəlb edir. Bizdə yüksək xidmət standartlarına malik əla SPA və sanatoriyalar var. Tallindən Helsinki, Stokholm, Riqa və Sankt-Peterburqa qısamüddətli səfərlər zamanı baza olaraq istifadə etmək olar. Əgər şəhərdən yorulmusunuzsa, o zaman qoruqlarımızı və ya özünəməxsus mədəniyyətə malik olan sakit adalarımızı ziyarət edə bilərsiniz.
O cümlədən də estoniyalı turistlərin özləri üçün Azərbaycanda aşkar edəcəkləri bir çox şey var. Ölkənizin istənilən hissəsində əcnəbilərə qarşı qonaqpərvərliyinizin səviyyəsindən heyrətlənmişəm. Bakı çox dinamik şəhərdir. Ölkəniz qeyri-adi təbiətə və çox zəngin mədəniyyətə malikdir. Gələn il Bakıda keçiriləcək Avropa Oynlarını səbirsizliklə gözləyirəm. Bu Oyunlar Estoniya mediasının diqqətini çəkəcək və eston idmançıları və turistlərini bura gətirəcək. Nəticə olaraq insanlar ölkəniz barədə əvvəl olduğundan daha çox məlumat öyərənəcəklər.
Energetika sahəsində, ilk növbədə, biz Avropanın enerji təhlükəsizliyi və Avropaya tədarüklərin diversifikasiyasının təminatında Azərbaycanın roluna dair dialoqun davam etdirilməsində maraqlıyıq.
Sənaye sahəsində texnoloji, kimyəvi həllərin, neft sənayesi üçün layihələndirmə avadanlığının təminatında əməkdaşlıq üçün potensial var.
- Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycanın bir sıra Avropa ölkələrinə enerji resurslarının etibarlı tədarükçüsü kimi rolunu yüksək qiymətləndiririk. Bu, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təminatına xidmət edir. Tədarüklərin diversifikasiyası yolu ilə Avropa energetikadan siyasi təzyiq rıçaqı kimi istifadə risklərini azalda bilər. Tədarüklərin diversifikasiyası ilə onların pozulması üzrə potensial risk azalır. Avropa və Azərbaycan Cənuibi Qafqazda sabitliyin möhkəmlənməsi üçün birgə fəaliyyət göstərməlidir. Avropa ilə tərəfdaşlıq Azərbaycanın siyasi-iqtisadi sabitliyini möhkəmləndirir.
- Azərbaycan yüksək texnologiyaların texnoloji parklarının yaradılması üzrə təşkilati işlər həyata keçirir. Həmin parklarda Estoniya şirkətlərinə fəaliyyət göstərmək təklif olunubmu? Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Sizin ölkəyə səfəri zamanı bu məsələ müzakirə edilibmi?
- Hazırda Azərbaycan texnoloji parkların yaradılması və texnoloji innovasiyaların təşviqinə yönələn istənilən fəaliyyətə böyük diqqət ayırır. Bu bənd hökumətlərarası komissiyanın gündəliyində də ən başlıca mövzulardan biri olub. İclasda biz texnoparkların fəaliyyətindən, həmçinin sənaye-texniki sahədə əməkdaşlıqdan hansı qarşılıqlı fayda əldə edə biləcəyimizə dair məsələni müzakirə etmişik. Konkret nailiyyət kimi, Azərbaycanın Yüksək Texnologiyalar Parkı ilə Estoniyanın «LampSerc INC» arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
- Ölkələr arasında təhsil sahəsində əməkdaşlıq mövcuddurmu? Tərəflər bu əməkdaşlığı genişləndirmək niyyətindədirlərmi?
- Təhsil sahəsində münasibətlərin gələcək inkişafı üçün böyük potensial mövcuddur. Son illər əlaqələr intensivləşib, qarşılıqlı səfərlər, birgə layihələrdə iştirak və tələbə mübadiləsi həyata keçirilib. 2013-2014-cü akademik illərdə 6 azərbaycanlı tələbə Estoniyanın universitetlərində təhsil alıblar. Biz tələbə mübadiləsinin genişləndirilməsində maraqlıyıq, Azərbaycandan çoxlu sayda istedadlı tələbənin bizim ali məktəblərdə təhsil almasını istərdik. Yaxşı nümunə kimi 2013-cü ildə tələbə mübadiləsini genişləndirmək məqsədilə, xüsüsilə doktorantların Estoniyaya dəvəti ilə bağlı BDU ilə saziş bağlayan Tartu Universitetini qeyd etmək olar. Tallin Texniki Universiteti bir neçə universitet, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasi ilə effektiv əməkdaşlıq edir.
“2007-2015-ci illərdəAzərbaycan gənclərinin xarici ölkələrdətəhsiliüzrəDövlət Proqramı”tələbələrinizə yaxşı imkanlar verir, anacaq onlar Estoniya hökumətinin təqaüd proqramı üzrə də müraciət edə bilərlər. Estoniyanın diplomatiya məktəbi hər il Azərbaycandan olan tələbələrə təqaüd proqramları təqdim edir. O cümlədən estoniyalı tələblərin Azərbaycanda təhsil almaları üçün çox sayda imkanlar var. Bu yaxınlarda Azərbaycanın İKT sahəsində tədrisin təşkilində Estoniya təcrübəsindən istifadə etməkdə maraqlı olduğunu öyrəndim.
- Məlum olduğu kimi, Estoniyada elektron hökumət inkişaf edib. Bakı və Tallin bu sahədə əməkdaşlıq etməyi planlaşdırırmı?
- Qeyd etdiyim kimi, Azərbaycanın elektron hökumət sistemi Estniyanın təcrübəsi əsasında tərtib edilib. Estoniya on ildən artıqdır ki, elektron hökuməti inkişaf etdirib. Məqsəd həm hökumət, həm də özəl sektorda, əsasən hər iki sektorun əməkdaşlığı ilə elektron xidmətlərin mümkün qədər daha geniş inkişafıdır. İstənilən halda xidmətlərdən daha asan istifadə etmək mümkün olur, hökumətin fəaliyyəti isə tam şəffaf həyata keçirilir. Yüksəktexnoloji kompleks həllərin səmərəliliyinin artması və inkişafı hesabına əldə olunan iqtisadi effekt də mühüm məqamdır. Misal üçün, bu gün Estoniyda bank tranzaksiyalarının 99,6%-i elektron formada həyata keçirilir. Vergi bəyannamələrinin 95%-i elektron formada doldurulur. İnsanlar tibbi qeydləri ilə onlayn rejimdə tanış ola, bu üsulla rəqəmsal reseptlər əldə edə, valideynlər uşaqlarının məktəbdə davamiyyətinə nəzarət edə bilərlər və s. Bütün mühüm qeydiyyatlar (torpaq, əhali və s.) elekton formatdadır. Sürücülərin sürücülük vəsiqəsi və ya sığorta kağızlarını özləri ilə gəzdirmələrinə ehtiyac yoxdur, çünki hər şeyi onlayn rejimdə yoxlamaq mümkündür.
Elektron hökumətin inkişafı daimi prosesdir. Bu səbəbdən inanıram ki, bu sahədə Azərbaycanla əməkdaşlığın gələcək inkişafı üçün imkanlar mövcuddur. Təsadüfi deyil ki, ikitərəfli hökumətlərarası komissiya fəaliyyətini İKT sahəsinə yönəldir və Azərbaycan tərəfdən ona rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sədrlik edir.
- Yaxın perspektivdə Estoniyadan Azərbaycana və əksinə qarşılıqlı səfərlər, o cümlədən dövlət başçıları və hökumət rəhbərləri səviyyəsində səfərlər gözlənilirmi?
- Biz bu məsələni həmkarlarımla müzakirə edirik. Məqsəd hər iki ölkəyə səfərlərin sayının artırılmasıdır. 29-30 sentyabr tarixlərində nazirlər Palo və Abbasovun rəhbərliyi altında Tallində hökumətlərarası komissiyanın çox uğurlu görüşü keçirilib. Öncəki iclas 2012-ci ildə Bakıda keçirilib. İkitərəfli səfərlərimizin piki prezidentlər İlves və Əliyevin 2009-2010-cu illərdə qarşılıqlı səfərlər həyata keçirdiyi dövrə təsadüf edib. Son illər ərzində beynəlxalq tədbirlərin kuluarlarında ölkələrimizin yüksək səviyyəli nümayəndələrinin bir neçə görüşü keçirilib. Gələn il ölkələrimizdə parlament seçkiləri keçiriləcək, bu isə xarici səfərlərin təşkili üçün siyasətçilərimizin zaman seçiminə təsir edəcək. Mən əməkdaşlığımızın daha sıx olduğu və ya inkişafda olan layihələrə malik olduğumuz sahələrdə səfərlər gözləyərdim: xarici siyasət, İKT, ticarət, kənd təsərrüfatı və s. Hökumətlərarası əməkdaşlıqdan başqa, ölkələrimizin parlamentləri arasında yaxşı münasibətlər mövcuddur. Estoniya parlamentinin spikeri iki il əvvəl Azərbaycanda səfərdə olub və biz cavab səfəri gözləyirik.
- Bildiyiniz kimi, Azərbaycan 20 ildən artıqdır qonşu Erməınistanla müharibə şəraitindədir. Ölkənizin bu məsələyə dair rəsmi mövqeyini öyrənmək istərdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunu necə görürsünüz?
- Dağlıq Qarabağa dair mövqeyimiz qətidir. Estoniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Biz vətəndaşları və şirkətləri Azərbaycan hökumətinin razılığa olmadan Dağlıq Qarabağla birbaşa əlaqə və fəaliyyətdən çəkinməyə çağırırıq. Hesab edirik ki, münaqişə beynəlxalq birliyin diqqətində daha çox olmalıdır. ATƏT-in Minsk Qrupu bu münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq səviyyədə tanınmış mexanizmdir. Biz bu məsələyə cəlb olunan tərəfləri münaqişənin həlli üçün xeyirxah iradə, kompromis və məsuliyyət nümayiş etdirməyə çağırırıq.
Hazırda Dağlıq Qarabağ münaqişəsi regionun inkişafını əngəlləyir. Bu münaqişə Azərbaycan və Ermənistanın iqtisadi, sosial potensialını tam istifadə etməyə imkan vermir. Münaqişə bilavasitə region, həmçinin bütün Avropanın təhlükəsizlik və sabitliyinə təhdiddir.
Münaqişənin humanitar aspektini də qeyd etmək istəridm. Bilirəm ki, Azərbaycanın 1 milyon vətəndaşı öz yurdlarına qayıda bilmir. Bu, onlar, əzizini və ya evini itirmiş hər kəs üçün faciədir. Aydındır ki, münaqişə Azərbaycanda və insanların ağıllarında mərkəzi yer tutur. Biz münaqişəyə son qoyulmasının şahidi olmaq istərdik. Nizamlanmanın sülh yolu ilə həlli və irəliyə getmək imkanı çox mühümdür.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət