Çərşənbə axşamı Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasınınkeçirildiyi dördüncü iclasında türkdilli dövlətlər arasında informasiya axınının gücləndirilməsi nöqteyi-nəzərindən türk dünyasının vahid telekanalının yaradılması əsas müzakirə mövzusu olub.
Tədbirdə qeyd edilib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2014-cü ilin iyun ayında Bodrumda keçirilən Türdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü sammitində vahid telekanalın yaradılması təşəbbüsü ilə çıxış edib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının Sosial, mədəni və humanitar məsələlər komissiyasınınaçılışında komissiyanın sədr müavini Sevinc Hüseynova vurğulayıb ki, informasiya mübadiləsi müasirliyin daha aktual məsələlərindən biridir.
“Xalqlarımızın bir-biri barələrində daha çox məlumat əldə etmələri çox mühümdür və buna görə türkdilli öıkələr arasında informasiya axınının intensivləşməsi üzrə səyləri fəallaşdırmaq lazımdır”, - deyə o qeyd edib.
TürkPA Komissiyasının üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov türk xalqları arasında inteqrasiya proseslərinin inkişafının əhəmiyyətini qeyd edib.
“Bu gün türk dünyası siyasi, iqtisadi, mədəni, akademik aspektlərdə möhkəmlənən vahid məkandır. TürkPA və TÜRKSOY, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi, türk dünyasının digər strukturları beynəlxalq arenada böyük nüfuz qazanıblar”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, müasir dünya şəraitində informasiya mübadiləsi məsələsi xüsusi aktuallıq kəsb edir.
“Türk ölkələri və xalqları arasında əlaqələri yalnız diplomatiya ilə məhdudlaşdırmaq olmaz. Onlar, həmçinin güclü reflektor, həssas tərkib hissələrə malikdir. Buna baxmayaraq, münasibətlərimizin təkmilləşdirilməsi baxımından hələ çox şey etməliyik. Belə ki, misal üçün, türk dövlətləri arasında vahid informasiya-media məkanı yoxdur. Bütün türk dünyasını əhatə edəcək vahid informasiya infrastrukturu hələ ki, formalaşdırılmayıb”, - deyə N.Cəfərov qeyd edib.
Milli Məclisin komitə rəhbəri vurğulayıb ki, Qazaxıstan prezidenti N.Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrum sammitində qeyd edib ki, tük dünyasının vahid telekanalı ingilisdilli BBC və ərəbdilli “Al-Jazeera” kimi TV-kanalların səviyyəsində və tipi üzrə yaradılmalıdır.
N.Cəfərov Özbəkistan və Türkmənistanın hələlik TürkPA-ya daxil olmaması ilə əlaqədar təəssüfünü bildirib.
“Özbəkistan və Türkmənistanla yanaşı, özlərinin parlamentləri olan Tatarstan, Başqırdıstan, Çuvaşiya və Saxanı sıralarımızda görmək istərdik”, - deyə deputat bildirib.
Türk Şurasının layihə direktoru Zamin Əliyev tədbir iştirakçılarına türkdilli ölkələrin vahid telekanalının yaradılmasının planlaşdırılması barədə məlumat verib.
“Vahid türk dünyasının telekanalının əsas proqramları təhsil, mədəniyyət və xəbər sahələrini əhatə edəcək. Telekanal böyük tamaşaçı auditoriyasına malik olacaq, o cümlədən özünün veb-saytı olacaq, çünki bu gün gənclər bu gün internetdən fəal istifadə edirlər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, ilkin mərhələdə telekanal türkdilli ölkələrin milli dillərində, o cümlədən ingilis dilində yayımlanacaq.
Z.Əliyev yüksək peşəkar tərcüməçilərin hazırlıq prosesinin təşkilinin əhəmiyyətini qeyd edib.
“Gələcəkdə türk dünyasının vahir telekanalının yaradılmasına dair sazişin imzalanması planlaşdırılır. Mərkəzi ofis türkdilli ölkələrin birində, nümayəndəliklər isə türk dünyasının qalan bütün dövlətlərində yerləşəcək. O cümlədən telekanalın loqotipi və adının seçilməsi üzrə müsabiqə elan ediləcək”, - deyə Türk Şurasının layihə direktoru bildirib.
Tədbirdə qeyd edilib ki, bu məsələ 2015-ci ildə Qazaxıstanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beşinci sammitində müzakirə olunacaq.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan kimi ölkələri birləşdirən beynəlxalq təşkilatdır. Şuranın əsas məqsədi üzv-dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişafıdır. Şura 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində yaradılıb.
Türk PA Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin qanunvericilik orqanlarını birləşdirən parlamentlərarası beynəlxalq təşkilatdır.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət