Beynəlxalq əlillər günü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncədən olan 350 əlilə 30 manat miqdarında birdəfəlik yardım veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Müavinət alacaq 350 əlildən 84-ü gözdən əlil, 60-ı sağlamlıq imkanları məhdud 18 yaşadək olanlar, 52-si Qarabağ, Çernobıl və Əfqanıstan müharibələri, eləcə də milli münaqişə zamanı əlil olanlar, 147-si uşaqlıqdan və ümumi səbəbdən, 1-i əmək zədəsi, 2-si isə hərbi xidmətdə əlil olan vətəndaşlardır”, – deyə Gəncə şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin Sosial Məişət Xidməti Sektorunun müdiri Tamaşa Tağızadə bildirib.
Onun sözlərinə görə, əsasən 1-ci qrup əlillərə veriləcək yardımla bağlı bütün təşkilati işlər yekunlaşıb.
“Əlillər sabah Gəncədə mərkəzi poçt və onun şöbələrinə yaxınlaşaraq pullarını ala bilərlər”, – deyə T.Tağızadə qeyd edib.
Ümumilikdə şəhər üzrə 2288 nəfər 18 yaşadək, 4292 nəfər isə bütün qruplara daxil olan əlil var.
F.Mehdiyev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 9.5% ilə yay krediti!
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət