“Beşinci kolon” Azərbaycanda dövlətə qarşı fəaliyyətini davam etdirir. Bu barədə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev bəyan edib.
“Təəssüflə qeyd etməliyik ki, “beşinci kolon” adlandırılan struktur dağıdıcı və təxribatçı xarakterli fəaliyyət həyata keçirməyə davam edir və xaricdən əldə olunan qrantları “yuyaraq” xalqa qarşı mövqeyindən əl çəkmir”, - deyə V.Əliyev Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda dəyirmi masada bildirib.
O qeyd edib ki, Azərbaycan mediası xarici KİV, xüsusilə Ermənistan mətbuatının yaydığı informasiyaya daha peşəkar yanaşmalıdlır və onların bu və ya digər xəbərləri hansı məqsədlə dərc etdiyini, həmçinin məlumatın həqiqətə və Azərbaycanın milli maraqlarına uyğunluğunu müəyyən etməlidir.
“Bizim KİV Ermənistan tərəfinin və onun maraqlarına cavab verən təxribatçı fəaliyətinə müqayisə prinsipləri əsasında yanaşmalı və hücum mövqeyindən çıxış etməlidir. Biz informsoya axınının ardınca getməməliyik. Hadisələrin gündəmini yaratmağı bacarmalıyıq”, - deyə V.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, regionun aparıcı dövləti olan və tam müstəqil siyasət yürüdən Azərbaycan bəzi xarici dairələr, Ermənistan və erməni lobbisi tərəfindənm davamlı və məqsədyönlü informasiya təxribatları ilə üzləşir.
O yerli mətbuatı cəbhə bölgəsində baş verən proseslərin işıqlandırılması zamanı daha məsuliyyətli olmağa çağırdı. Bu cari ilin avqust ayında Ermənisayn və Azərbaycan qoşunlarının təmas xəttində yaranan grəginlik zamanı özünü daha aydın biruzə verdi.
“Ermənistan informasiya resursları cəbhə bölgəsində baş verən hadisələrlə bağlı məqsədyönlü informasiya-təxribat xarakterli siyasət yürüdürlər”, deyə V.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan qarşı işğal siyasətini davam etməsini və ermənilərin gələcəkdə təxribatlarının istisna olunmayacağını nəzərə almaq lazımdır.
“Digər tərəfdən, ermənilər qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar bütün dünyada, o cümlədən qardaş Türkiyədə geniş tədbirlərə başlayıblar və, şübhəsiz ki, bunun Azərbaycana qarşı istifadə etmək məqsədilə ciddi tədbirlərə cəhd edəcəklər”, - deyə o qeyd edib.
V.Əliyev vurğulayıb ki, bir sıra hallarda Azərbaycan KİV-in fəaliyyəti Ermənistanın maraqlarına cavab verir.
“Məlumdur ki, ermənilər xəbər internet resurslar və sosial şəbəkələrdə yalan, əsassız məlumat yayaraq Azərbaycana qarşı informasiya-təxribat xarakterli fəaliyyəti gücləndirirlər. Əfsuslar olsun ki, bəzi bizim internet resusrlar bu məsələlələr hələ də qeyri-peşəkar yanaşırlar, informasioyanın ciddi təhlilini aparmırlar, onu dəqiqləşdirmədən, olduğu kimi ictimaiyyətə təqdim edirlər. Misal üçün, bu günlərdə ermənilər guya Murov dağında əsgərlərimizin donmuş cəsədlərini və ya ermənilər müdafiə etdiyi işğal olunan ərazilərdə Azərbaycan qəbirlərinin açkar edilməsi ilə bağlı təxribat xarakterli məlumatlar yaydılar. Ardınca bizim informasiya resursları həmin məlumatları tirajladılar. Sual edilir, niyə bu kimi hallarda peşəkarlıq, obyektivlik, milli şüur prinsipləri ikinci plana keçir?”, - deyə Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb.
R.Babayev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət