Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 44-cü plenar iclası dekabrın 8-də Yunanıstanın paytaxtı Afina şəhərində öz işinə başlayacaq.
Tədbirdə Milli Məclisin bu qurumda təmsil olunan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, deputatlar Jalə Əliyeva, Musa Quliyev, Ayaz Orucov, Mixail Zabelin iştirak edəcəklər. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Toplantıda “Qara Dəniz Əməkdaşlığı regionu qlobal əməkdaşlıq sisteminin tərkib hissəsi kimi” mövzusu ətrafında fikir mübadiləsi aparılacaq. Yığıncaqda QDİƏT və onun Parlament Assambleyasının, Qara Dəniz Ticarət və İnkişaf Bankının, Beynəlxalq Araşdırmalar Mərkəzinin fəaliyyətləri barədə məlumatlar dinləniləcək. İclas iştirakçıları, həmçinin, region ölkələrində beynəlxalq sərnişin və yük daşımalarının tənzimlənməsində, kiçik biznesin inkişafının hüquqi təminatında parlamentlərin rolu, gender bərabərliyi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Səfər zamanı millət vəkilləri Assambleya Bürosunun, Daimi Komitənin, Hüquqi və siyasi məsələlər komitəsinin iclaslarına da qatılacaqlar.
Milli Məclisin deputatlarının səfəri dekabrın 10-da başa çatacaq.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət