Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar Elxan Süleymanov və Sabir Hacıyev AŞPA-nın Büro, Monitorinq, Siyasi işlər, Hüquqi işlər və insan haqları Komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 7-dən 12-dək Parisdə səfərdə olacaqlar. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
İclaslarda Ukraynada siyasi böhranın nəticələri, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın yenidən baş qaldırması, Bosniya və Herseqovinada, Tunisdə və Moldovada son parlament seçkilərinin nəticələri, Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə Avropa Şurası dövlətlərində insan haqlarına riayət olunması, Şimali Qafqazda insan haqlarının vəziyyəti, siyasi təqib kriteriyasının müəyyənləşdirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
Səfər çərçivəsində Monitorinq Komitəsinin iclasında Serbiya üzrə həmməruzəçi Səməd Seyidovun bu ölkəyə 27-28 oktyabr tarixlərində həyata keçirilmiş fakt araşdırıcı səfəri barədə hesabatı da dinləniləcək.
Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Milli Məclisin deputatlarının səfəri dekabrın 12-nə qədər davam edəcək.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət