Dekabrın 15-16-da Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı ilə “Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq təşkilatların nümayəndələri ilə birgə seminar keçiriləcək. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Keçiriləcək seminarın məqsədi ölkəmizdə tətbiq olunan əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sistemini beynəlxalq təşkilatların mütəxəssisləri ilə birgə təhlil etmək, bu sahədə mütərəqqi dünya təcrübəsi ilə tanış olmaq və ondan istifadə imkanlarını nəzərdən keçirməkdir.
Seminar zamanı Azərbaycanda əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi, habelə əlilliyi olan şəxslərin reabilitasiyasında tibbi modeldən sosial modelə keçid prosesi ilə bağlı zəruri islahatlar müzakirə olunacaq.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Bankının əlillik və reabilitasiya üzrə mütəxəssislərinin, ölkəmizin aidiyyəti dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
R.Babayev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət