Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının nümayəndələri Bakı İstintaq Təcridxanasında Leyla Yunusova və İntiqam Əliyevlə görüşüblər.
E. Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) araşdırma aparıblar.Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat verir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, L.Yunusova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina etmiş və bu barədə müvafiq sənədləşmə aparılmışdır.
Hər iki adı çəkilən şəxslə görüşün nəticələri barədə Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunub.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bu il iyulun 30-da həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 213 (vergidən yayınma), 192 (qanunsuz sahibkarlıq), 320 (rəsmi sənədlərin saxtalaşdırılması) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyev bu il avqustun 11-də həbs edilib.Onun barəsində Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət