Bakının 23 nömrəli məktəbində Tula şəhərinə həsr edilmiş tematik təqdimat keçirilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Tədbir Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) həyata keçirdiyi “Rusiya şəhərləri” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və “Rossotrudniçestvo “ təşkilatının Bakıdakı nümayəndəliyinin rəhbəri Valentin Denisov iştirak ediblər.
23 nömrəli məktəbin direktoru Yuliya Kərimova qonaqları məktəbin əsası 1937-ci ildə qoyulmuş tarix muzeyinə dəvət edib. Muzeydə nadir sənədlər və eksponatlar saxlanılır. Sonra qonaqlar məktəbin yeni binası ilə tanış olublar.Bu gün məktəbdə oxuyan 1920 şagirdin 1300 nəfərdən çoxu rus dilində təhsil alır.
Rus dili müəlliməsi G.Abdullayevanın rəhbərliyi ilə Tula şəhəri haqqında maraqlı və zəngin proqram hazırlanıb.Proqrama Tulanın rəngarəng yarmarkaları, rus geyimləri, xırdavat,
silah ustaları , şirniyyatlar haqqında məlumatlar daxil edilmişdi. Məktəblilər rus mahnı və rəqslərini ifa ediblər.Əlbəttə əsl Tula samovarlarında hazırlanmış çay da təqdim edilib.Şagirdlər şəhərin ənənələri və tarixi barədə biliklərini nümayiş etdiriblər, onlar Tula torpağında yaşayıb yaratmış rus yazıçılarının həyatları barədə maraqlı faktlar danışıblar, Tula şəhərinə həsr etdikləri şeirlərini söyləyiblər.
Rusiyanın Bakıdakı səfiri V.Doroxin tədbir iştirakçıları qarşısında çıxış edərək hazırlanmış proqrama görə müəllim və şagirdlərə minnətdarlığını bildirib və qeyd edib ki, Tulanın şöhrət tapdığı samovar Azərbaycanda milli ənənənin bir hissəsinə çevrilib.
Səfir qeyd edib ki, müstəqil Azərbaycanda ölkə rəhbərliyinn müdrik siyasəti sayəsində rus dilində təhsil almaq üçün bütün imkanlar qorunub saxlanıb.
“Yaxşı məqam budur ki, siz həm rus dilini öyrənir, həm dəı Rusiya ilə onun şəhərləri, ənənələri, tarixi , müasir vəziyyəti ilə tanış olursunuz.Bu sözsüz ki, həyatda sizə lazım olacaq”,- deyə Vladimir Doroxin qeyd edib.
Təqdbirdə Milli Məclisin deputatı Azərbaycanda Rus İcamsının rəhbəri Mixail Zabelin, “Sodrujestvo” birliyinin sədri Tatyana Kərimova , Rusdilli təhsil müəssisələrinin müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina da iştirak ediblər.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət