Milli Məclisin deputatları Əli Hüseynli, Azər Kərimli, Qüdrət Həsənquliyev, Mixail Zabelin və Yevda Abramov “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər.
Tədbir çərşənbə günü Romada keçiriləcək.Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib.
Bu konfrans Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun və Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü və İtaliya Senatının dəstəyi ilə Azərbaycan Milli Məclisi tərəfindən təşkil edilib.
Tədbirdə islam ənənələri mövcud olan dövlətlərdə müsəlmanların, xristianların və yəhudilərin birgə yaşayışı ilə bağlı hazırkı vəziyyət barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda “İslam aləmində din və dövlət münasibətləri: sekulyarizasiya problemi” mövzusunda məruzə ilə çıxış edəcək.
Tədbirdə Azərbaycan, İtaliya, Vatikan Dövləti və digər ölkələrin siyasi və dini qurumlarının, eləcə də elmi-tədqiqat müəssisələrinin və mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət