Azərbaycan alimləri Romada (İtaliya) keçirilən Beynəlxalq “Strateji Enerji texnologiyaları planı” (SET-plan 2014) adlı tədbirdə iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
AMEA Rəyasət Heyəti Mərkəzi AparatınınBeynəlxalq əlaqələr idarəsininrəis müaviniZərifə Əliyevavə Radiasiya Problemləri İnstitutununlaboratoriya rəhbəri, AMEA-nın müxbir üzvüİslam Mustafayevdekabrın 10-13-də ENEA (Yeni texnologiyalar, Enerji və Davamlı İqtisadi İnkişaf üzrə İtaliya Milli Agentliyi) təşkilatçılığı, Avropa Komissiyasının dəstəyi ilə keçirilən konfransda iştirak ediblər.
Müzakirələr zamanı enerji effektivliyi, azkarbonlu texnologiyalar, alternativ enerji mənbələri və s. kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb, davamlı enerji təminatı üzrə fəaliyyət planının yaradılması və birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Konfransın sonuncu günü Casaccia Tədqiqat mərkəzinə texniki ekskursiya təşkil olunub. Radiasiya Problemləri İnstitutunun alimləri ilə bu mərkəzdə fəaliyyət göstərən mütəxəssislər arasında görüş keçirilib, birgə layihələrin həyata keçirilməsi sahəsində müzakirələr aparılıb və ilkin razılıqlar əldə olunub.
Tədbir çərçivəsində İ.Mustafayev İtaliyanın Yeni texnologiyalar üzrə Milli Agentliyinin əməkdaşı Francesco Diu Mario ilə teledebatda da iştirak edib.
Tədbirdə həmçinin Avropa Komissiyasının Enerji Direktorluğu, Elm-Tədqiqat və İnnovasiyalar Komissarlığı, Ümumdünya Enerji Şurası, o cümlədən İtaliya, Almaniya, Fransa, İrlandiya, Avstriya, Macarıstan, Latviya və AB-nin üzvü olan digər ölkələrin enerji sahəsində yüksək səviyyəli təmsilçiləri iştirak edirdilər.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət