Naməlum hakerlər iki gündür müntəzəm olaraq www.azleadersays.com, saytını dağıtmağa çalışırlar.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qafqaz Tarixi Mərkəzindən məlumat verilib.
Bu saytda Azərbaycan Prezidentinin ən mühüm sitatları təqdim edilən “İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında” kitabı elektron versiyada dərc edilib.
Mərkəzin məlumatına görə, dekabrın 8-dən 9-na keçən gecə ilk dəfə saytın dağıdılmasına cəhd göstərilib, sonrakı gecə də hücumlar davam edib. Lakin hücumlar nəticəsində sayta ciddi ziyan dəyməyib.
“Maraqlıdır ki, bu hücumlar regionumuzun real keçmişi və indiki vəziyyəti ilə bağlı ilk növbədə erməni ictimaiyyətinin www.azleadersays.com. saytı vasitəsi ilə məlumatlandırılmasına yönəlmiş yeni layihəmizin başlandığı vaxta təsadüf edir. Buna görə mən əminəm ki, bu iki hadisə arasında birbaşa əlaqə mövcuddur. Göründüyü kimi, bizim planlarımız erməni ictimaiyyətini aldadanlar üçün xoşagəlməz sürpriz olub və indi onlar özlərinə xas kobudluqla erməni ictimaiyyətinin regionda baş verənlərdən xəbərdar olmasının qarşısını almağa çalışırlar”,- deyə layihənin təşkilatçısdı Fuad Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Xəbər verildiyi kimi, Qafqaz Tarixi Mərkəzi “vesti az.”, “apa az.” , “day. Az” saytları ilə birlikdə “Erməni ictimaiyyətinə informasiya dəstəyi” layihəsini həyata keçirməyə başlayıb. Layihə texniki cəhətdən sözügedən saytlarda görkəmli siyasətçi və alimlərin Dağlıq Qarabağ problemi üzrə sitatlarının, 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisəslərə dair informasiya bloklarının yerləşdirilməsini nəzərdə tutur.
“Söhbət qədim zamanlardan müasir dövrümüzə qədər olan tarixi faktların işıqlandırlmasından gedir. Erməni auditoriyası öz vətənində bu məlumatları əldə edə bilmir.Həmin materiallar hər bir erməninin başa düşəcəyi rus dilində təqdim edilir. Ermənilər özlərini cəfakeş xalq adlandırırlar. Və bu məqamda onlarla razılaşmamaq mümkün deyil.Onların çəkdikləri əziyyətin əsas səbəbəbi budur ki, onalara öz keçmişləri barədə yalan məlumat verilir və obyektiv informasiya əldə etmələrinə imkan yaradılmır.Erməniləri hazırki yaşayış ərazisində yerli əhali olduqlarına inandırmağa və onlara dünya birliyi tərəfindən qonşu dövlətlərin ərazi bütövlüyünün tanınmasının - uydurma olmasına əminlik hissinin tətbiq edilməsidir. Bu yaxınlarda biz ermənilərin növbəti belə cəhdinin şahidi olduq.Ermənistan tərəfi sübut etməyə çalışırdı ki, Serbiyanın xarici işlər naziri guya Azərbaycanın ərazi bütövlüyün dəstəklənməsi barədə fikir səsləndirməyib.Məhz buna görə biz erməni ictimaiyyətini dünya liderlərinin, nüfuzlu beynəlxalq təçkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə verdikləri bəyanatlar barədə məlumatlandırırıq.Bizim yeni layihəmizin məqsədi Erməni ictimaiyytinə həqiqəti çatdırmaqdır. Mən öz saytlarında bizə yer ayırmış vesti.az, apa.az, и day.az nəşrlərinin rəhbərliyinə minnətdaram və digər media resurslarını da əməkdaşlığa dəvət edirəm”,- deyə F.Axundov bildirib.
İnformasiya blokları ötən həftənin sonunda istifadəyə verilib. Hazırda F.Axundovun kitablarını elektron versiyalarını informerlər bu ünvanlara yönəldir:www.nofalsify.com(alimlərin Cənubi Qafqazın tarixi haqqında fikirləri əsasında tərtib olunan “Saxtakarlıqları ifşa edənlər” kitabı),www.azleadersays.comAzərbaycan Prezidentinin ən mühüm sitatları təqdim edilən (“İlham Əliyevdən iqtibaslar. Azərbaycan Prezidenti dövlət quruculuğunun əsas istiqamətləri haqqında" kitab) vəwww.azterrintegrity.org(“İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında” kitab).
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət