Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2015-ci il üçün xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib. Bu barədə Fondun elanında qeyd edilir.
“Şərtlərə əsasən, layihələr qeyri-neft sektorunu əhatə etməlidir”, - deyə elanda qeyd olunur.
Bundan başqa, təqdim edilən layihələr maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalıdır, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını nəzərdə tutmalıdır.
Layihələr, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalına yönəldilməlidir.
AZPROMO investisiya təkliflərini xarici investorlara və tərəfdaşlara təqdim edəcək.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət