Polşa “Cənub Qaz Dəhlizi” ilə Avropaya tədarük olunacaq Azətrbaycan qazını almağı ümid edir. Bu barədə Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski bazar ertəsi Bakıda jurnalistlərə bəyan edib.
“Əgər Azərbaycan qazı Avropa qaz kəməri sisteminə daxil olarsa, o zaman Avstriya, Macarıstan, Çexiya və ilk öncə Almaniyanın qaz kəməri sistemi vasitəsilə Polşaya çatdırılacaq”, - deyə baş nazirin müavini qeyd edib.
Onun sözlərinə görə, Polşada illik qaz istehlakı həcmi 16,5 mlrd. kubmetr təşkil edir.
“İki il əvvəl baş verən Rusiya-Ukrayna qaz böhranından nəticə çıxartdıq: 1 min kilometrdən artıq uzunluğunda qaz kəməri sistemi inşa etdik, ehtiyatlarımızı iki dəfə artırdıq və beynəlxalq interkonnektor sistemi inşa etdik. Bu il biz artıq Almaniyanın qaz kəməri sisteminin qərb istiqamətindən 5 mlrd. kubmetrdən artıq həcmdə qaz ixrac etməyə qadırik”, - deyə Y.Pexoçinski qeyd edib.
Bundan başqa, o bildirib ki, daha 5 mlr. kubmetr Polşada qaz hasilatının payına düşür.
“Polşa Avropada şist hasilatı üzrə liderlərdən biridir. Bizim artıq 68 quyumuz var, bu cür qazı sənaye şəraitində hasil etməyin lazım olub-olmamasını müyyən etmək məqsədilə daha 200 quyu lazım olacaq. Bundan başqa, biz qaz limanı və qaz terminalı inşa etdik və maye qaz almağa hazırıq”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, “Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azrbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Layihənin dəyəri $45-48 mlrd. həcmində qiymətləndirilir. Layihənin əsas komponentləri: “Şahdəniz” yatağının “Mərhələ-2” layihəsi, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərqindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunda Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Azərbaycan qazının 2019-cu ilin sonunda 10 mlrd. kubmetr həcmdə Avropaya nəqli gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmdə Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət